Los-Anceles sakinləri son xəbərlərdən çox narahatdırlar. Bir ərazidə iki gənc modelin cəsədi tapılıb və onların ölümləri çox oxşar olub.
KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, yerli sakinlər bu hadisəni çox uzun müddət xatırlayacaqlar.
31 yaşlı model Malisa Muninin mənzilində onun meyiti tapılıb. Qızın heç bir xəstəliyinin olmadığı bildirilir. Çünki o, sağlam həyat tərzi sürürdü, model və daşınmaz əmlak agenti kimi çalışırdı. O, özünə şəhərin tam mərkəzində dəbdəbəli mənzil seçmişdi. Malisa ilə əlaqə kəsildiyinə görə qohumları 911-ə zəng ediblər. Hadisə yerinə gələn polis əməkdaşları dəhşətli mənzərə ilə üzləşiblər: yerdə qan gölməçələri var idi, ev əşyaları isə ətrafa səpələnmişdi. Malisanın özü isə soyuducuda sendviçlənmiş vəziyyətdə tapılıb.
Qızın əlləri və ayaqları kəndirlərlə bağlanmışdı və ağzında tıxac var idi. Meyitin üzərində çoxsaylı xəsarətlər aşkar edilib. Ehtimal olunur ki, Malisa ölümdən əvvəl özünü müdafiə edib. Hələlik hüquq-mühafizə orqanları baş verənlərlə bağlı öz versiyasını açıqlamayıb. Toksikoloji analizin nəticələri qətlə yetirilən qadının qanında güclü təsir göstərən dərmanların olduğunu göstərib. Bu fakt insanları daha da sarsıdıb. Çünki şən və gülərüz Malisa 10 həftəlik hamilə idi.
“O, çox xoşbəxt idi və bilirəm ki, o, bu körpəni həqiqətən istəyirdi”, – deyə Malisanın kiçik bacısı, məşhur müğənni Jordina Pauline People bildiriib.
Malisanın cəsədi cəmi bir ay sonra qohumlarına verilib. Dəfn mərasimi qapalı keçirilib. Polis araşdırmalarını davam etdirsə də, hələlik hər hansı tapıntı barədə məlumat verilməyib. Yerli sakinlər əmindirlər ki, modeli öldürən manyakdır. Malisanın qətli hadisəsindən cəmi iki gün əvvəl 32 yaşlı Nikol Kouts öz evində ölü tapılıb. Onun qanında da kimyəvi maddələr aşkarlanıb və o, kimyəvi zəhərlənmədən dünyasını dəyişib. Nikolun atası qızını ancaq tatuirovka ilə tanıya bilib.
Bununla belə, detektivlər hesab edir ki, iki iş bir-biri ilə əlaqəli deyil və bir işdə birləşdirilmir.
Rəsmiyyə Şərifova,
KONKRET.az