İki sərnişin qatarı toqquşdu – Ölənlər və yaralılar varbackend

İki sərnişin qatarı toqquşdu - Ölənlər və yaralılar var

Misirin şimalındakı Şarkiyak vilayətinin Zəkazık şəhərində iki sərnişin qatarının toqquşması nəticəsində azı 3 nəfər ölüb, 49 nəfər yaralanıb.

Misirin Səhiyyə Nazirliyi bildirib ki, hadisə yerinə 39 təcili tibbi yardım maşını göndərilib. Vurğulanıb ki, qəzada yaralanan 44 nəfərin vəziyyəti stabil qiymətləndirilir və ərazidə xilasetmə işləri davam edir.

Qeyd edək ki, artıq qəzanın səbəblərini araşdıracaq xüsusi komissiya yaradılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*