Bərpa olunan enerji mənbələrinin geniş tətbiqi günün tələbidirbackend

Bərpa olunan enerji mənbələrinin geniş tətbiqi günün tələbidir

Azərbaycanda COP29 çərçivəsində bərpa olunan enerjinin alınması və enerji səmərəliliyinə diqqət artırılması, günəş, külək enerjisi və digər bərpa olunan enerji mənbələrinin geniş tətbiqini zəruri edir. Bu, ölkənin enerji müstəqilliyini artırmağa və ekoloji təsirləri azaltmağa kömək edir.

KONKRET.az  xəbər verir ki, bərpa olunan enerji mənbələrinin tətbiqinin artırılması müxtəlif faydaları var.

Azərbaycanda külək və günəş enerjisindən səmərəli istifadə ölkənin enerji istehsalında müstəqil olmasını təmin edir. Həmçinin bərpa olunan enerji sahəsindəki investisiyalar yeni iş yerlərinin yaradılması imkanıdır. Ev sahibləri damlarda günəş panelləri quraşdıraraq öz enerjilərini istehsal edə bilər ki, bu da enerji xərclərini azaltmağa imkan yaradır.

Digər bərpa olunan enerji mənbələrindən olan hidroenerji kiçik su elektrik stansiyaları, xüsusən dağlıq ərazilərdə, yerli enerji tələbatını qarşılamaq üçün yararlıdır.

AzərbAzərbaycanda su elektrik stansiyalarının elektrik enerjisi istehsalı  artıbaycanda su elektrik stansiyalarından elektrik enerjisi istehsalı artıb

Binaların izolyasiyasının yaxşılaşdırılması və köhnə sistemlərin təmiri enerji itkilərini, A enerji etiketli cihazların istifadəsi, ev və iş yerlərində enerji istehlakını azaldır.

Qeyd etmək lazımdır ki, müasir enerji idarəetmə sistemlərinin tətbiqi, enerji istehlakını izləmək və optimallaşdırmaq üçün vacibdir. Azərbaycanda bərpa olunan enerji və enerji səmərəliliyinə diqqət artırılması, ekologiyanın qorunması, enerji müstəqilliyinin təmin edilməsi və iqtisadi inkişaf üçün əhəmiyyətli olduğunu söyləmək yerinə düşər. Bu sahədə atılan addımlar ölkənin davamlı inkişafına müsbət təsir göstərəcək.

Ölkəmizdə ekoloji təmizlik və tullantıların idarə olunması, davamlı inkişafın və ətraf mühitin qorunmasının mühüm tərkib hissəsidir. Tullantıların azaldılması və təkrar istifadəsi üçün bir sıra yollar mövcuddur.

Təkrar emalın zərəri nədir? 1001 fikir

Bunlara misal olaraq aşağıdalıları göstərmək olar:

1. Təhsil və Maarifləndirmə:

İctimaiyyəti tullantıların azaldılması haqqında məlumatlandırmaq. Məktəblərdə və icmalarda ekoloji seminarlar keçirmək.

2. İstehsalda Səmərəlilik:

İstehsal proseslərinin optimallaşdırılması. Xammal istifadəsinin azaldılması üçün yeni texnologiyaların tətbiqi.

3. Paketləmə Materiallarının İstifadəsi:

İstehlakçıların daha az paketlənmiş məhsulları seçməyə təşviq edilməsi.

Ekoloji təmizlik və tullantıların idarə olunması istiqamətində atılan addımlar Azərbaycanın ekoloji balansını qorumaq və davamlı inkişafı təmin etmək baxımından vacibdir. Bu sahədə atılacaq addımlar, cəmiyyətin müsbət dəyişməsinə və daha təmiz bir ətraf mühitin yaradılmasına yardımçı olacaq.

Aygün Mirakif,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*