İki təyyarə havada TOQQUŞDU: Ölənlər varbackend

İki təyyarə havada TOQQUŞDU: Ölənlər var

Almaniyanın Tyurinqiya federal əyalətində səmada təyyarələrin toqquşması nəticəsində iki pilot həlak olub.

KONKRET.az-ın xarici mediaya istinadla məlumatına görə, sentyabrın 24-də Almaniyanın Qera-Leumnitz aerodromunun yaxınlığındakı açıq ərazidə səmada baş verib.

Qəzadan sonra hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları və yanğınsöndürmə briqadası gəlib. Eyni zamanda, ölənlərin adları və hadisənin səbəbləri hazırda açıqlanmır.

Qeyd olunur ki, Qera-Leumnitz aerodromunda maksimum uçuş çəkisi 5,7 ton olan təyyarələrin qalxıb enməsinə icazə verilir. Həm kommersiya hava səyahətləri, həm də aviasiya idmanları üçün istifadə olunur. Lent.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*