İki universitetə gələn il 45 milyon manat ayrılacaqbackend

İki universitetə gələn il 45 milyon manat ayrılacaq

Qarabağ Universitetinin fəaliyyətinin 2026-cı ildə təmin edilməsi məqsədilə 39 milyon manat vəsaitin ayrılması proqnozlaşdırılır.

KONKRET.az xəbər verir ki, bu barədə “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsində qeyd olunub.

Qarabağ Universitetində 6 istiqamət və 34 ixtisas (o cümlədən, tibb ixtisası üzrə 100 nəfər) üzrə 2 500-dək tələbənin təhsil alması planlaşdırılır.

2025/2026-cı tədris ilindən etibarən isə universitetdə 4 000-dək tələbənin təhsil alması və onların yataqxanalarda yerləşdirilməsi nəzərdə tutulur.

Həmçinin 2025/2026-cı tədris ilindən fəaliyyətə başlayacaq “Azərbaycan-Türkiyə Birgə Universiteti”nin mühəndislik və tibb ixtisasları üzrə 300 nəfər tələbənin təhsil alması planlaşdırılır.

Yeni ali təhsil müəssisəsinin fəaliyyətinin növbəti ildə təmin olunması üçün 6 milyon manat vəsait nəzərdə tutulub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*