İki yeniyetmə qız itkin düşdübackend

İki yeniyetmə qız itkin düşdü

Gəncədə yeniyetmə qız itkin düşüb.

KONKRET.az xəbər verir ki, Gəncə şəhəri Zərdabi küçəsində yaşayan G.Nurullayeva polisə müraciət edərək onunla birgə yaşayan övladı, 2010-cu il təvəllüdlü N.Nurullayevanın itkin düşdüyünü bildirib.

O qeyd edib ki, qızı yanvarın 18-də Gəncədə təhsil aldığı 27 saylı orta məktəbdən çıxıb və evə qayıtmayıb.

Oxşar hadisə Bakının Yasamal rayonunda da baş verib. 2008-ci il təvəllüdlü L.Pərvanənin yanvarın 17-dən itkin düşməsi barədə Yasamal RPİ-nin 26-cı Polis Bölməsinə müraciət daxil olub.

Hər iki fakt üzrə araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*