İki yüzdən çox müəllim və valideyndən Məleykə Abbaszadəyə ETİRAZ: “Verilən qərar düzgün deyil”backend

İki yüzdən çox müəllim və valideyndən Məleykə Abbaszadəyə ETİRAZ: "Verilən qərar düzgün deyil"

Bir müddət öncə Dövlət İmtahan Mərkəzi tərəfindən 9 və 11-ci siniflər üçün buraxılış imtahanlarının müvafiq olaraq aprel-mart aylarında keçiriləcəyi ilə bağlı açıqlanan xəbərlər birmənalı qarşılanmadı. Belə ki, həm valideynlər, həm şagirdlər, həm də müəllimlər tədris proqramının tam mənimsənilmədiyini əsas gətirərək imtahanların vaxtının qabağa çəkilməsindən narahatlıqlarını ifadə etdilər. Doğrudur məsələ ilə bağlı bir çox təhsil ekspertləri, eləcə də aidiyyatı qurumlar açıqlama verərək imtahanlarda yalnız mart-aprel aylarına qədər tədris olunan materiallardan istifadə ediləcəyini bildirsələr də, bu qaneedici olmadı. Məhz bu narahatlıqlardan dolayı müəllimlər Dövlət İmtahan Mərkəzinin sədri Məleykə Abbaszadəyə məktub ünvanlayıblar.

KONKRET.az məktubun mətnini olduğu kimi təqdim edir:

Dövlət İmtahan Mərkəzinin sədri, çox hörmətli Məleykə xanım Abbaszadə!

DİM-in sosial şəbəkələrdə – daha dəqiq desək, rəsmi Facebook səhifəsində etdiyi son açıqlama, yəni 11-ci sinif şagirdlərinin buraxılış imtahanlarının mart, 9-cu sinif şagirdlərinin buraxılış imtahanlarının isə aprel ayında keçirilməsi həm valideynlər, həm müəllimlər, həm də şagirdlər arasında heç də birmənalı qarşılanmadı. Bu səbəblərdən çıxış edərək bildirmək istəyirik ki, verilən qərar düzgün deyil və  ictimaiyyət tərəfindən kəskin etirazlara səbəb olub. Əvvəlcə həmin şərhi tədqim edir, sonra isə etiraza səbəb olan amillərin bir neçəsini diqqətinizə çatdırmaq istəyirik:

“Öz kütləvi xaraketeri ilə seçilən buraxılış imtahanları barədə onu deyə bilərik ki, tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanlarının mart, ümumi (9 illik)  orta təhsil səviyyəsi üzrə buraxılış imtahanlarının isə aprel ayı ərzində keçirilməsi nəzərdə tutulur. Tədris proqramlarına görə xarici dil fənni üzrə 9-cu sinifdə, tədris dili və riyaziyyat fənləri üzrə isə 11-ci sinifdə dərs ilinin birinci yarımilində əsas bilik və bacarıqlar formalaşmış olur. Qeyd olunanlar nəzərə alınaraq, buraxılış imtahanları dərs ilinin ikinci yarısında istənilən vaxtda keçirilə bilər. Cari dərs ilində buraxılış imtahanlarının ikinci yarımilin ortasında keçirilməsi nəzərdə tutulduğu üçün Azərbaycan dili, riyaziyyat və xarici dil fənləri üzrə tədrisi həmin dövrə təsadüf edən mövzular proqrama salınmayıb”.

Bu açıqlama ilə bağlı bir neçə çatışmayan məqamı qeyd edirik:

1. DİM müstəqil qurum olmasına baxmayaraq, orta məktəblərdə keçirilən imtahanlarda Təhsil Nazirliyinin tədris planlarına uyğun şəkildə hərəkət etməlidir. Çünki keçirilən imtahanın adı “Buraxılış imtahanı” dır. Buraxılış imtahanı isə şagirdin 11 il və 9 il ərzində öyrəndikləri bilik və bacarıqların yoxlanılması yönündə təşkil olunmalıdır. Əgər şagird məktəb kursunu tam şəkildə bitirməyibsə, heç bir qurum şagirddən bu imtahanı götürə bilməz. Bu heç bir qanunla təsbit olunmayıb.

2. DİM-in qəbul imtahanının 1-ci mərhələsi üçün keçirdiyi imtahan məktəb şagirdlərinə aiddir. Məktəb proqramında isə hər dərs ilinin sonunda bütün fənlər üzrə təkrar saatlara vaxt ayrılır ki, həmin saatlarda şagirdlər il boyu mənimsədiklərini daha da  möhkəmlətsinlər. Əgər dərs ilinin başa çatmasına  üç ay yarım qalmış belə bir imtahan keçirilirsə, bu zaman şagirdlərin hüquqları tapdalanır. Çünki onlar proqramı təkrar etmədən birbaşa imtahana daxil olurlar. Bu isə olduqca mühim faktordur.

3. DİM bu cür imtahanları ilin istənilən vaxtı əvvəlki illərin məzunları ilə keçirə bilər, qalan şagirdlər bu imtahana onlar üçün uyğun olmayan vaxtda cəlb edilməməlidirlər.

4. Son dövrlərdə baş verən hadisələr, xəstəliklərin artması, pandemiyanın tüğyan etməsi, onsuz da gərgin olan insanların psixoloji vəziyyətini pik həddə çatdırmışdır. Həm müəllimlər, həm şagirdlər güclü stress içərisindədirlər. Mövsümi xəstəliklərin artması şagirdlərin təhsilində fasilələr yaratdığından, sözsüz ki, mənimsəmə də aşağı düşmüşdür. Belə bir vaxtda imtahanların keçirilməsi haqqında verilən bu məlumat yenidən böyük bir tutuma malik olan gənclərin psixoloji cəhətdən yüklənərək gərginləşməsinə səbəb olacaq. Nəticədə isə imtahanda yaxşı nəticə göstərməyən şagirdlər başqa yollara əl ataraq bu  stressli vəziyyətdən canlarını qurtarmaq istəyəcəklər. Bu, indiki vəziyyətdə bizə lazım deyil. Ümumiyyətlə, heç bir hal və vəziyyətdə lazım deyil.

5. “Martda imtahanlar keçiriləcək” deyən qurum bu günə qədər proqram materiallarını elan etməyib. Hər il dəyişiklik edilən proqramdan şagirdlərin xəbəri yoxdur. Proqram materialları ən azı 5-6 ay əvvəl  dərc olunmalıdır. Proqram , ən yaxşı halda, yanvar ayının ortaları dərc olunacaqsa, imtahan da mart ayının əvvəlinə təsadüf edəcəksə, belə çıxır ki, 11-ci sinif şagirdinə proqram üzrə hazırlaşmağa cəmi 1 ay yarım vaxt verilir. Bu çox böyük bir amil və eyni zamanda da, imtahanların təşkili məsələsində dərin bir boşluqdur.

DİM imtahanların vaxt cədvəlini yuxarıda deyilənləri nəzərə almaqla dəyişdirməli, gələcəyimiz olan gənclərin taleyi ilə, hissləri ilə, onsuz da gərgin olan psixologiyası ilə oynamamalıdır. Yuxarıda qeyd edilən həssas məqamları nəzərə alacağınıza səmimi qəlbdən inanır və sizə etibar edirik. Yekun olaraq, tələb edirik ki, imtahanlar məktəbdə tədris başa çatandan sonra keçirilsin.

İmza :

  1. Ülviyyə Əliyeva – 161 nömrəli tam orta məktəb
  2. Aynurə İsmayılova – 37 nömrəli tam orta məktəb
  3. Gülyaz Əliyeva – 38 nömrəli tam orta məktəb
  4. Nərmin Rəsulova – Kəlbəcər rayonu 17 nömrəli tam orta məktəb
  5. Kəmalə Dadaşova – Quba rayon II Nügədi kənd 2 saylı tam orta məktəb
  6. Zülfinaz Qurbanova – 149 nömrəli Ağdam rayon məktəbi
  7. Günel Hüseynova – Kaspi Ağ şəhər liseyi
  8. Emel Talıbova – 147 nömrəli Texniki-humanitar lisey
  9. Şəfəq Şirəliyeva – Kürdəmir rayon 3 saylı tam orta məktəb
  10. Səadət İsmayılova – Gəncə şəhəri, təqaüddə olan müəllim
  11. Kəmalə Hacıyeva – Kəlbəcər rayon 106 nömrəli tam orta məktəb
  12. Təhminə Əsgərli – S.Bəhlulzadə adına Xarici dillər təmayüllü gimnaziya
  13. Ləman Salamzadə – Oğuz rayonu Tayıflı kənd tam orta məktəbi
  14. İradə Abdulova – 322 saylı tam orta məktəb
  15. Ceyran Həsənova – S.C.Pişəvəri adına Humanitar fənlər gimnaziyası
  16. Ülviyyə Əsədova – Lənkəran şəhər 6 nömrəli məktəb-lisey
  17. Sənubər Kərimova – Kurs müəllimi (valideyn)
  18. Günel Məmmədova – Ağdam rayon 139 nömrəli tam orta məktəb
  19. Bəturə Səməd – Qobustan rayonu 1 saylı tam orta məktəb
  20. Günel Məmmədova – Nefçala şəhər humanitar təmayüllü “Muğan“
  21. Şəhla Qurbanova – Sumqayıt şəhər 31 nömrəli tam orta məktəb
  22. İradə Nəbiyeva – Bakı Slavyan Universitetinin nəzdində olan Lisey kompleksi
  23. Ülviyyə Nəbiyeva – Quba rayonu, Qaraçay qəsəbə tam orta məktəbi
  24. Şəfəq Nağıyeva – Xırdalan şəhər 10 saylı tam orta məktəb
  25. Nərmin Rəsulova – Kəlbəcər rayonu 17 nömrəli orta məktəb
  26. Aynur Ələkbərova – Kəlbəcər rayonu 36 nömrəli tam orta məktəb
  27. Ramilə Hüseynzadə – 271 nömrəli tam orta məktəb
  28. Səmra Mustafayeva – Qax Rayon Marsan kənd tam orta məktəbi
  29. Azadə Səmədova – Hacıqabul rayonu 3 saylı tam orta məktəb
  30. Rüfət Qüdrət oğlu – 20 nömrəli tam orta məktəb
  31. Tamilla Əliyeva – 262 nömrəli tam orta məktəb
  32. Eyvaz Eyvazlı – Kəlbəcər rayonu 32 nömrəli tam orta məktəb
  33. İsmayıl Hüseynov – Repetitor, kurs müəllimi
  34. Elnarə Həsənova – Tovuz rayonu, Əlimərdanlı Kənd orta məktəbi
  35. Fidan Məmmədova – Masallı rayonu Miyankü kənd məktəbi
  36. Xuraman Qurbanova – Sumqayıt şəhər Yusif Məmmədəliyev adına 31 nömrəli tam orta məktəb
  37. Vəfa İbrahimli – Qəbələ şəhər 4 nömrəli tam orta məktəb
  38. Dilarə Qazıyeva – Göygöl şəhəri, İ.Hüseynov adına 1 nömrəli tam orta məktəb
  39. Bayraməli İmanov – Masallı rayonu Miyankü kənd məktəbi
  40. Sevinc Mustafayeva – Göygöl şəhər 1 nömrəli tam orta məktəb
  41. Könül Abdullayeva – M.Şeyxzadə adına THT təmayüllü gimnaziya
  42. Gülü Əliyeva – Naxçıvan şəhəri 8 nömrəli tam orta məktəb
  43. Sakitə Qulamova – Masallı rayonu E.Ağayev adına Hişkədərə kənd tam orta məktəbi
  44. Aynur İbrahimova – Quba şəhər Texniki təmayüllü lisey
  45. Kənan Haşımov – Masallı rayonu Qəriblər kənd tam orta məktəbi
  46. Aybəniz Zeynalova – Ağdam rayon məktəbi
  47. Namiq Allahverdiyev – Qəbələ rayon Daşca kənd tam orta məktəbi
  48. Şölə Məmmədova – Masallı rayonu 3 saylı tam orta məktəb
  49. Samirə Əlizadə – Bakı şəhəri, Hədəf kursları
  50. Nuriyyə Quliyeva – 2 nömrəli Texniki-Humanitar lisey
  51. Səbuhi Abdullayev – Ağdaş rayonu Ləki qəsəbə 6 saylı tam orta məktəb
  52. Şəhla Abbasova – Bakı şəhər 144 nömrəli tam orta məktəb
  53. Günel Əliyeva – Elşad Ağayev adına Hişkədərə məktəbi. Fizika müəllimi və valideyn
  54. İlhamə Abdurahmanova – Sabunçu rayonu 80 nömrəli tam orta məktəb
  55. Məlahət Məmmədova – Lənkəran rayonu C.Əzimov adına Viravul kənd 2 nömrəli tam orta məktəbi
  56. Könül Əhmədova – Xətai rayon 245 nömrəli tam orta məktəb
  57. Murad Mehdiyev – Salyan rayonu Yenikənd tam orta məktəbi
  58. Xəqani Şirməmmədov – Mübariz İbrahimov adına Biləsuvar liseyi
  59. Fəridə Dostuyeva – Mehrab Niftəliyev adına Quba şəhər Texniki Təmayüllü lisey
  60. İlhamə Allahverdiyeva – Cəbrayıl rayonu Əmirvarlı tam orta məktəb
  61. Anar İbadov – Lerik rayonu Şonayçola kənd ümumi orta məktəbi
  62. Əsmər Mirzəyeva – Quba rayonu 1-ci Nügədi 1 nömrəli tam orta məktəb
  63. Xəyalə Əhmədova – 328 nömrəli tam orta məktəb
  64. Sürəyya Allahverdiyeva – Təqaüddə olan müəllim, eyni zamanda, valideyn
  65. Zümrüd Məmmədzadə – Quba şəhər H.Əliyev aadın 1 saylı tam orta məktəb
  66. Nazilə Məmmədova – 89 nömrəli tam orta məktəb
  67. Mələk Səmədli – 161 nömrəli tam orta məktəb
  68. Aysel Vəliyeva – Xəzər rayon 218 nömrəli tam orta məktəb
  69. İlahə Mirzəyeva – 253 nömrəli tam orta məktəb
  70. Vüsalə Mikayılova – Balakən rayonu Acılıqbinə kənd ümumi orta məktəbi
  71. Elnarə İbrahimova – Elitar gimnaziya
  72. Bəhruz Davudov – Şəki rayonu, Kiş kəndi 4 nömrəli məktəb
  73. Arzu Çobanova – Sumqayıt şəhəri 17 nömrəli tam orta məktəb
  74. Eşqin Abdullayev – 331 nömrəli tam orta məktəb
  75. Könül Hüseynova – Mingəçevir şəhər 1 nömrəli tam orta məktəb
  76. Könül Aydın – Mingəçevir şəhəri 19 nömrəli tam orta məktəb
  77. Gülnar Həsənova – Repetitor, kurs müəllimi
  78. Əsədova Məhluqə – 46 nömrəli Laçın məktəbi
  79. Alıyeva Aləmzar – 46 nömrəli Laçın məktəbi
  80. Kəmalə Dadaşova – II Nügedi kənd 2 saylı tam orta məktəb
  81. Südabə İsmayılova – 49 saylı İntellekt məktəb-lisey
  82. Günel Atakişiyeva – II Nügedi kənd 3 nömrəli orta məktəb dərs hissə müdiri
  83. Sitarə Kazımova – Mirzəqışlaq kənd tam orta məktəbi
  84. Əsədova Ülviyyə – Lənkəran şəhər 6 saylı məktəb
  85. Rzayevə Çiçək – Lənkəran şəhər 6 saylı məktəb
  86. Hüseynova Yasəmən – Lənkəran şəhər 6 saylı məktəb
  87. Bağırova Sevda – Lənkəran şəhər 6 saylı məktəb
  88. Abasova Gülarə – Lənkəran şəhər 6 saylı məktəb
  89. Məmmədova Aynur – Lənkəran şəhər 6 saylı məktəb
  90. Şərifova Xədicə – Lənkəran şəhər 6 saylı məktəb
  91. Məmmədov Cabir – Lənkəran şəhər 6 saylı məktəb
  92. Cəlilova Arzu – Lənkəran şəhər 6 saylı məktəb
  93. Axundova Samirə – Lənkəran şəhəri 3 nömrəli tam orta məktəb
  94. Abdullayevə Təranə – Lənkəran şəhər 6 saylı məktəb
  95. Sevda Qurbanova – Pirvahid kənd tam orta məktəbi
  96. Şəhla Soltanova – Tusi hazırlıq mərkəzi
  97. Namiq Ağayev – 326 nömrəli tam orta məktəb
  98. Əfsanə Qasımova – Şəmkir şəhəri, Ə.Cavad adına tam orta məktəb
  99. Surac Bəşirov – Ağdam 15 nömrəli orta məktəb
  100. Paşa İsmayılov – 72 nömrəli məktəb-lisey
  101. Nübar Əlimuradova– Quba şəhəri, Hacıbaba Əliyeva adına 1 nömrəli tam orta məktəb
  102. Afaq Yusifli– Gəncə Dövlət Universiteti
  103. Seyfəddin Əhmədov – Xocalı şəhər 3 nömrəli tam orta məktəb
  104. Nabat Həsənova – Sumqayıt Dünya məktəbi
  105. Musayeva Şəbnəm – Repetitor
  106. Sərvər Sərvərov – Ağdam şəhəri, I Sarıcalı tam orta məktəb
  107. Allahverdiyeva Aygün – Şuşa rayon 8 nömrəli məktəb
  108. Kərimova Vüsalə – Sumqayıt şəhəri 31 nömrəli tam orta məktəb
  109. Tağıyeva Xuraman – Sumqayıt şəhəri 24 nömrəli tam orta məktəb
  110. Allahverdiyeva Könül – 271 nömrəli tam orta məktəb
  111. Vəliyev Rəşad – 161 nömrəli tam orta məktəb
  112. Şamxallı Lalə – 161 nömrəli tam orta məktəb
  113. Abdullayeva Züleyxa – 161 nömrəli tam orta məktəb
  114. Rzazadə Nuranə – 161 nömrəli tam orta məktəb
  115. Sadiqova Nərgiz Əlimövsum qızı – Mingəçevir şəhəri 19 saylı tam orta məktəb
  116. Ömərova Raidə Mərdan qızı – Mingəçevir şəhəri 19 saylı tam orta məktəb
  117. Səfərova Kəmalə Möhübbət qızı – Mingəçevir şəhəri 19 saylı tam orta məktəb
  118. Əhmədova Lütfiyyə Nəsrəddin qızı – 13 nömrəli məktəb
  119. Məmmədova Şəfəq – Biləsuvar rayonu Xırmandalı kənd 1 saylı orta məktəb
  120. Xəyal Novruzov – Laçın rayonu Nurəddin kənd tam orta məktəbi
  121. Nabat Abdullayeva – 169 saylı məktəb
  122. İbişli İlkin – Ağcabədi rayon Qaravəlli kənd tam orta məktəb saylı tam orta məktəb
  123. Əsgərova Esmira Ziyad qızı – Göygöl şəhəri 5 saylı tam orta məktəb
  124. Günel Zamanlı – Sumqayıt şəhəri 31 saylı tam orta məktəb
  125. Əfqan Hüseynov – Beyləqan rayonu Qaradağlış kənd tam orta məktəb
  126. Sürəyya – Zaqatala rayonu R.Şabanova adına Aşağı Tala kənd 3 nömrəli məktəb
  127. Quliyeva Səadət – Cəlilabad şəhər 8 nömrəli məktəb
  128. Murtuzlu Günay – Cəlilabad şəhər 8 nömrəli məktəb
  129. Ağayeva Şəhla – Cəlilabad şəhər 1 nömrəli məktəb
  130. İbrahimova Vəsilə – 158 nömrəli məktəb
  131. Vüsalə Muxtarqızı – Azəri hazırlıq kursu
  132. Kamil Bəşirov – Zərdab rayonu Məlikli kənd tam orta məktəb
  133. Allahverdiya Rəşidə Beyləqan rayonu Ə. Rüstəmov adına 1-ci Şahsevən kənd 2 nömrəli tam orta məktəb
  134. Ələsgərova Ülviyyə – 257 nömrəli tam orta məktəb
  135. Hacıyeva Sevinc – Nərimanov rayonu 212 nömrəli məktəb
  136. Babayeva Çinarə – 9 nömrəli internat məktəbi
  137. Məmmədova Rəsmiyyə – Xətai rayonu 221 nömrəli məktəb
  138. Kazımlı Zöhrə – 179 saylı tam orta məktəb
  139. Novruzov Rahil – Kəlbəcər rayonu 37 saylı tam orta məktəb
  140. Şahbazova Könül Nurəddin qızı – Gənc İstedadlar liseyi
  141. Hüseynova Yaqut Hacıbala qızı – Gənc İstedadlar liseyi
  142. Tağıyevə Aynur – Valideyn
  143. Məmmədova Xəyalə – Valideyn
  144. Əkbərov Teymur – Valideyn
  145. Abışova Aynur –Valideyn
  146. Əliyev Azər – Valideyn
  147. Məcnunova Məlahət – Valideyn
  148. Məmmədova Svetlana – Valideyn
  149. Sultanova İlahə – Valideyn
  150. Ağasıyev Rəşid – Valideyn
  151. Abidova Gülnur – Valdeyn
  152. Əliyev Barat – Valideyn
  153. Fərzullayeva Gülər – Valideyn
  154. İsgəndərov Səbuhi – Valideyn
  155. İsayeva Cəmilə – Valideyn
  156. Əkbərov Elman – Valideyn
  157. Niftəliyeva Gülmirə – Valideyn
  158. İbiyeva Aynurə – Valideyn
  159. İbiyev Kamran – Valideyn
  160. İsmayılova Zeynəb – Valideyn
  161. Məmişov Natiq – Valideyn
  162. Məmişova Aynurə – Valideyn
  163. Gəncəliyeva Elnarə – Valideyn
  164. Vəliyev Həsən – Valideyn
  165. Vəliyeva Çinarə – Valideyn
  166. Seyidəliyeva Fəridə – Valideyn
  167. İldırımova Xəyalə – Valideyn
  168. Rəfiyeva Gülnar – Valideyn
  169. Əlihüseynova Aynurə – Valideyn
  170. Hüseynova Kəmalə – Valideyn
  171. Orucova Fəxriyyə – Valideyn
  172. İldırımov Vüqar – Valideyn
  173. İsmayılova Esmira – Valideyn
  174. Zamanova Tərlan – Valideyn
  175. Hüseynova Vəfa – Valideyn
  176. Niftəliyeva İman qızı – Valideyn
  177. Arzu Hacıyeva – Valideyn
  178. Flora Əliyeva – Valideyn
  179. Abdullayeva Raminə Alik qızı – Valideyn
  180. Mirzəyeva Xatirə Qərib qızı – Valideyn
  181. Rzayava Mafirət Cəmaləddin qızı – Valideyn
  182. Həbibova Aynur Nüsrəddin qızı – Valideyn
  183. Mirzəyeva Süsən Qarabala qızı – Valideyn
  184. Nəsirov Ümid Elşən oğlu – Valideyn
  185. Şirinova Vüsalə Ömərpaşa – Valideyn
  186. Səfərova Simusər Məmməgəli qızı – Valideyn
  187. Hacıbabayev Mahir Məmmədəli oğlu – Valideyn
  188. Talıbova Xatirə Məmmədşah – Valideyn
  189. Elmir Şirinov – Valideyn
  190. İlham Şərifov – Valideyn
  191. Xəlilov Firudin – Valideyn
  192. Xəlilova Pərvanə – Valideyn
  193. Balayeva Natəvan – Valideyn
  194. Məmmədova Kifayət – Valideyn
  195. Qurbanov Asif – Valideyn
  196. Əlihüseynov İlham – Valideyn
  197. Seyidquliyev Namiq – Valideyn
  198. Seyidquliyeva İlhamə – Valideyn
  199. Qurbanova Könül – Valideyn
  200. Qurbanov Samir – Valideyn
  201. Eyyubov Azər – Valideyn
  202. Şəyəldiyev Qənahət – Valideyn
  203. Rəfiyeva Gülnar – Valideyn
  204. İsgəndərov Siruz – Valideyn
  205. Qurbanova Yeganə – Valideyn
  206. İsgəndərova Zəminə – Valideyn
  207. Allahverdiyeva Vüsalə – Valideyn
  208. İftixar Hüseynzadə – Masallı rayonu,Türkoba kəndi. Valideyn
  209. Şirinova Aynurə – Valideyn
  210. Şərifova Xəyalə – Valideyn
  211. Cəfərov Şahin – Valideyn
  212. Cəfərova Nuranə – Valideyn

Müşviq Tofiqoğlu

KONKRET.az

 

 

  • Garachanta
    Yanvar 16, 2022 - 08:36

    DIM – Azərbaycan Təhsilini və Elmini Genosidə Məruz Qoyub..Nəticəsi Dövlətimiz üçün Çox Ağır Olacaq…

    Dünyanın heç bir ölkəsində magistrlər və doktorantlar unuversitetdən xəbərsiz seçilmir…yəni imtahan mərkəzləri sadəcə imtahan keçirir…imtahan nəticələrinin qəbul edilməsi və ya magistrin və dokorantın qəbulu universitetin səlahiyyətindədir…qaldı orta təhsili bitirib universitetə daxil olmaq istəyənlər-onlar üçün əsas tələb (1 qrup- riyaziyyat, fizika, dil)- fikir verin kimya yoxdur….və i.a.

    İsbat üçün millətim İnternetdə müxtəlif ölkələrin Qəbul İmtahanlarının tərkibinə və qaydalarəna baxa billərlər….

Garachanta üçün bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*