Bu gün İkinci Qarabağ müharibəsi zamanı ölən 65 erməni polisinin siyahısı dərc edilib. Ermənistan polisinin hesabatında qeyd olunur ki, müharibə zamanı döyüşə ümumilikdə 3 min polis göndərilib ki, bunlardan da 170-i yaralı olaraq geri qayıdıb.
KONKRET.az xəbər verir ki, bu barədə erməni mətbuatı məlumat yayıb. Məlumatda deyilir ki, erməni polisləri əsasən Azərbaycanın Kəlbəcər, Laçın və Cəbrayıl bölgələrindəki döyüşlərdə iştirak ediblər. Ölənlərin əksəriyyəti böyük rütbəli və kiçik zabitlərdir. Ölənlər arasında bir polkovnik, bir polkovnik-leytenant, doqquz mayor, üç kapitan və üç baş leytenant var.
KONKRET.az