İl ərzində bu səhvləri edən televiziyalar bağlanacaqbackend

İl ərzində bu səhvləri edən televiziyalar bağlanacaq

İl ərzində 5 inzibati tənbeh tədbiri tətbiq edilən yayımçının lisenziyası ləğv edilə bilər.

KONKRET.az xəbər verir ki, bunu Audiovizual Şuranın Hüquq və beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Nemət Cavadov “Audiovizual media: Normalar, reallıqlar və çağırışlar” mövzusunda onlayn media subyektləri ilə keçirilən dəyirmi masada çıxışı zamanı deyib.

O bildirib ki, Şuranın qərarı ilə tətbiq olunan bəzi sanksiyalar var. Yayımın dayandırılması 24 saatadək, 1-30 gün arası, inzibati cərimə 1000-10000 manatadək tətbiq olunur:

“Bu sanksiyalar əsasən uşaqların zərərli informasiyadan qorunması məqsədi ilə zorakılığı və qəddarlığı təbliğ edən informasiya; Cinayətləri təbliğ edən informasiya; Cəmiyyət əleyhinə və hüquqa zidd hərəkətləri təbliğ edən informasiya; Uşaqların həyat və təhlükəsizilyinə, potensial təhlükə yaradan əməlləri təbliğ edən informasiya; Ailə İnstitutunu nüfuzdan salan informasiya; Pornoqrafik xarakterli materiallar yayımlandıqda tətbiq olunur”.

O, həmçinin əlavə edib ki, mediada yayımlanan informasiyalara dair tələblər “Media haqqında” Qanun 14-cü maddəsi ilə tənzimlənir.

– Əxlaqdankənar leksik (söyüş) məzmunlu söz və ifadələrdən, jestlərdən istifadə edilməməlidir;

– Şərəf və ləyaqətin alçaldılmasına, işgüzar nüfuzun ləkələnməsinə yol verilməməlidir;

– Şəxsin ailə və şəxsi həyatına aid sirr olan əelumatların yayılmasına yol verilməməlidir;

– Sağlamlığın və ətraf mühitin qorunmasına zidd olan hərəkələr təbliğ olunmamalıdır”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*