Bir müddətdir ki, sosial mediada yeni bürcün yaranması ilə bağlı iddialar yayılıb. Bəziləri iddia edir ki, bürclərin yeri və sırası dəyişib, “İlan” adlı yeni işarə ortaya çıxıb.
KONKRET.az xəbər verir ki, astroloq Arzu Məmmədli deyiləndə heç bir doğruluq payı olmadığını bildirib:
“Bürclər ulduzlar arasında baş verən enerji çəkim qüvvəsi ilə yaranmış astronomik bir hadisədir. Bütün bürclər müxtəlif şəkil və birləşmələrlə öz ulduzunu nümayiş etdirir.
İlk astrologiya 3000 il əvvəl Yunanıstanda fikir ideyası olaraq verilib. İnsanlar o zamanlarda Ayı və Günəşi tanrı adlandırıb, talelərini buna bağlayırdı. İslam astrologiyasına əsasən, onu İdris peyğəmbər yaradıb. Qədim yunanlar ona Hermes adını veriblər. 3000 il boyunca göy üzündə sabit ulduzların hərəkəti xaricində heç bir dəyişiklik olmayıb.
Astronomiyada bir ulduzun yaranması və sönməsi üçün milyonlarla işıq ili lazımdır.
Beləliklə, bir bürcün yaranması da yüz min illərlə baş verən prosesdir. Ona görə də, 13-cü bürcün ortaya çıxması üçün aradan ən azı 1 milyon 300 min il ötməlidir. Yəni heç bir yeni bürcdən söhbət gedə bilməz”./Yenisabah.az