ABŞ aviaşirkətləri hökumətə ÇAĞIRIŞ ETDİbackend

ABŞ aviaşirkətləri hökumətə ÇAĞIRIŞ ETDİ

Amerika aviaşirkətləri ABŞ rəhbərliyini xarici aviadaşıyıcıların Rusiya hava məkanında uçuşlarına məhdudiyyətlər qoymağa çağırıb.

KONKRET.az xəbər verir ki, bu barədə “The New York Times” (NYT) nəşri yazıb.

Bildirilib ki, ABŞ Nəqliyyat Departamenti Amerikaya uçan Çin aviaşirkətlərinə Rusiya hava məkanından istifadəni qadağan edən sərəncam layihəsi hazırlayıb.

Qəzetin yazdığına görə, Rusiya hava məkanında uçuşların qadağan edilməsindən sonra Amerika aviaşirkətlərinin uçuş vaxtı və yanacaq sərfiyyatı xeyli artıb. Eyni zamanda, daşıyıcılar Sakit okean reyslərinin cədvəlini dəyişməli, maksimum sərnişin sayını və yüklərin həcmini azaltmalı olublar. ABŞ aviaşirkətləri rəqiblərinin daha qısa və qənaətcil marşrutlara çıxışını saxlaması səbəbindən itkilər verməyə başlayıb. Məlumata görə, Amerika hava yollarının itkisi ildə 2 milyard dollar qiymətləndirilir.

Qeyd edək ki, Senat fevral ayında ABŞ-a uçan aviaşirkətlərə Rusiya üzərindən uçuşları qadağan etməyə çağırıb.

Xatırladaq ki, Ukraynada müharibə başlayandan sonra bir sıra ölkələr, xüsusilə ABŞ, Aİ, Böyük Britaniya, Kanada Rusiya təyyarələri üçün hava məkanını bağlayıb. Rusiya tərəfi də oxşar cavab tədbirləri tətbiq edib.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*