İlham Əliyev: “Azərbaycan-ABŞ tərəfdaşlığını keyfiyyətcə yeni səviyyəyə yüksəltmək üçün yaxşı imkanlar var”backend

İlham Əliyev: "Azərbaycan-ABŞ tərəfdaşlığını keyfiyyətcə yeni səviyyəyə yüksəltmək üçün yaxşı imkanlar var"

Bu gün Azərbaycan-Birləşmiş Ştatlar dostluq əlaqələrini və tərəfdaşlığını keyfiyyətcə yeni səviyyəyə yüksəltmək üçün yaxşı imkanlar var.

KONKRET.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyevin ABŞ Prezidenti Donald Trampa bu ölkənin Müstəqillik Günü münasibətilə göndərdiyi təbrik məktubunda deyilir.

“Hesab edirəm ki, iqtisadi-ticari, energetika, nəqliyyat, sənaye, aviasiya, yüksək texnologiyalar, sərmayə qoyuluşu və digər mühüm sahələrdə qarşılıqlı faydalı əməkdaşlığımızın inkişafı üçün böyük potensial mövcuddur”, – dövlət başçısının məktubunda qeyd olunub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*