İlham Əliyev: İlk prezidentlik dövrünüzdə Azərbaycan-ABŞ əlaqələrinin möhkəmlənməsinə böyük diqqət ayırırdınızbackend

İlham Əliyev: İlk prezidentlik dövrünüzdə Azərbaycan-ABŞ əlaqələrinin möhkəmlənməsinə böyük diqqət ayırırdınız

Siz birinci prezidentlik dövrünüzdə Azərbaycan ilə Birləşmiş Ştatlar arasında dostluq və əməkdaşlıq əlaqələrinin möhkəmlənməsinə, əməkdaşlığımızın davamlı və ardıcıl inkişafına böyük diqqət ayırırdınız.

KONKRET.az-ın məlumatına görə, bu barədə Azərbaycan Prezidenti İlham Əliyevin Donald Trampın ABŞ-nin ikinci dəfə prezident seçilməsi ilə bağlı təbrik məktubunda deyilir:

“Məmnunluqla qeyd etmək istərdim ki, bu dövr ərzində qarşılıqlı etimad və dəstəyə əsaslanan tərəfdaşlığımız, o cümlədən bir sıra mühüm sahələrdə, xüsusilə də qlobal çağırışlara və terrorizmə qarşı mübarizədə, beynəlxalq sülhün və təhlükəsizliyin gücləndirilməsində, Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində birgə fəaliyyətimiz dinamik və yüksələn xətt üzrə inkişafı ilə səciyyələnirdi. Azərbaycanın enerji strategiyasına Sizin daim qətiyyətli dəstəyinizi xüsusi qeyd etmək istərdim”.

Dövlət başçısı qeyd edib ki, Azərbaycan Birləşmiş Ştatlar ilə qarşılıqlı fəaliyyətin böyük potensialından yararlanaraq ikitərəfli tərəfdaşlığı bütün sahələrdə, o cümlədən siyasi, iqtisadi-ticari, təhlükəsizlik, enerji, yaşıl və rəqəmsal keçid və digər istiqamətlər üzrə daha da genişləndirmək və dərinləşdirmək əzmindədir:

“İnanırıq ki, Sizin yeni prezidentlik dövrünüzdə Azərbaycan ilə Birləşmiş Ştatlar arasında münasibətlər daha da möhkəmlənəcək, yeni əməkdaşlıq sahələri müəyyən olunacaqdır”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*