Sənədsiz evlərin sənədləşdirməsi problemi var.
KONKRET.az apa-ya istinadla xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı parlamentin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov deyib.
“Evlər sənədləşdirilsə, o bələdiyyəyə vergi verəcək. Sənədsiz evlərin sənədləşdirilməsi prosesi sürətləndirilməlidir. Torpaqların kateqoriyalılığı problemi var. Bir torpağın kateqoriyasının dəyişməsinə 6 nazirlikdən icazə alınmalıdır. Buna görə insanlar torpaqlardan istifadə edə bilmir”, – deyə Siyavuş Novruzov qeyd edib.
2010 cu ildən İsmayıllıda Şəhid Ailələri, Qarabağ Qaziləri üçün Bina tikilib istifadəyə verilib sakinlərə. Artıq 2024 cü il başa çatır hələ ki Dövlət evlərə sənəd verilməyib. Dəfələrlə Əmək Və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət olunub, dövlət kanallarına sakinlər müsahibə verib dövlət hələ ki susur