“İlham Əliyev kimi lideri olan Azərbaycana həsəd aparıram” – Vaxtanq Siradeqyanbackend

“İlham Əliyev kimi lideri olan Azərbaycana həsəd aparıram” - Vaxtanq Siradeqyan

“İlham Əliyev kimi lideri olan düşmənə həsəd aparmağa başlayıram. Onun son uğurlarının biri ABŞ-ı (ABŞ-ın Azərbaycandakı səfirliyi vasitəsilə) məcbur etməkdir ki, “Birləşmiş Ştatlar İrəvana öldürücü silahları nə birbaşa, nə də üçüncü tərəflər vasitəsilə çatdırıb” bəyanatını versin.

Və Ağ Ev bunu əsaslandırmağa çalışıb: “Regionda sabitliyə və Ermənistanla Azərbaycan arasında davamlı sülhə nail olmaq Birləşmiş Ştatlar üçün böyük əhəmiyyət kəsb edir”.

Amerika bu fikirləri ona görə səsləndirib ki, Azərbaycan mediası Qərb dövlətlərinin, o cümlədən ABŞ-ın üçüncü dövlətlər vasitəsilə İrəvana ölümcül silahlar göndərdiyini yazıb”.

KONKRET.az xəbər verir ki, bunu “hraparak.am” saytında Vaxtanq Siradeqyan yazıb.

Onun sözlərinə görə, ABŞ-ın Azərbaycanın siyasi gedişinə cavab verməsi onu göstərir ki, Fransanın timsalında regionda sabitlik və Ermənistanla Azərbaycan arasında sabit sülhə nail olmaq birinci dərəcəli əhəmiyyət kəsb etmir, çünki bunu etsəydi, o zaman Fransa ABŞ-dan nümunə götürərək İrəvanı “nə birbaşa, nə də üçüncü tərəflər vasitəsilə” öldürücü silahlarla təmin etməzdi:

“Fransa isə bu cür silahların tədarükü üçün Ermənistanla müqavilə imzaladı və tədarük etdi. Bu o deməkdir ki, Minsk Qrupunun üzvü olan Fransanın münaqişə tərəflərindən birinə qərəzli münasibət bəslədiyi üçün bölgədə yeri ola bilməz. Və bu baxımdan, bu qrupun uzun müddət fəaliyyət göstərməməsi vacib deyil. Ən əsası onun formal olaraq ləğv edilməsidir ki, bunun üçün Azərbaycan ilkin şərtlər irəli sürür. Xatırlayaq ki, İlham Əliyev bir neçə dəfə Nikola qrupun artıq fəaliyyət göstərmədiyini rəsmən səsləndirməyi təklif etmişdi, Nikol isə hələ də susur”.

Natiq Səlim,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*