İlham Əliyev Nyu-Yorkda Portuqaliya prezidenti ilə görüşübbackend

İlham Əliyev Nyu-Yorkda Portuqaliya prezidenti ilə görüşüb

Sentyabrın 24-də Nyu-Yorkda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Portuqaliya Respublikasının Prezidenti Marselo Rebelo de Souza ilə görüşüb.

KONKRET.az AZƏRTAC-a istinadən xəbər verir ki, Portuqaliya prezidenti, ilk növbədə, dövlətimizin başçısına Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması və sülh gündəliyinin irəli aparılması ilə bağlı Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampın şahidliyi ilə əldə olunmuş nailiyyətlər münasibətilə təbriklərini çatdırıb.

Prezident İlham Əliyev təbriklərə görə təşəkkürünü bildirib. Vaşinqtonda keçirilmiş Zirvə toplantısının tarixi əhəmiyyət kəsb etdiyini deyən dövlətimizin başçısı Azərbaycanın regionda sülh gündəliyinin təşəbbüskarı olduğunu bildirərək, ölkəmizin bundan sonra da bölgədə sülhün gücləndirilməsi üçün səylərini davam etdirəcəyini vurğulayıb.

Görüşdə Azərbaycanla Portuqaliya arasında müxtəlif sahələrdə əlaqələrin inkişafının, siyasi məsləhətləşmələrin davam etdirilməsinin və nümayəndə heyətlərinin qarşılıqlı səfərlərinin əhəmiyyəti qeyd olunub, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələlərinə toxunulub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*