İlham Əliyev yeni baş naziri təbrik etdibackend

İlham Əliyev yeni baş naziri təbrik etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Gürcüstanın Baş naziri İrakli Kobaxidzeni təbrik edib.

KONKRET.az xəbər verir ki, təbrikdə deyilir:

Hörmətli cənab Baş nazir,

Gürcüstanın Baş naziri kimi fəaliyyətə başlamağınız münasibətilə Sizi səmimi-qəlbdən təbrik edirəm.

Biz tarixən bir-birinə dostluq və mehriban qonşuluq telləri ilə bağlı olan xalqlarımızın iradəsindən güc alan Azərbaycan-Gürcüstan münasibətlərinə xüsusi əhəmiyyət veririk. Qarşılıqlı etimad və dəstəyə əsaslanan dövlətlərarası münasibətlərimizin və əməkdaşlığımızın dinamik və hərtərəfli inkişaf edərək bugünkü səviyyəyə yüksəlməsi və yeni məzmun kəsb etməsi bizi sevindirir.

Əminəm ki, sağlam təməllər üzərində qurulmuş Azərbaycan-Gürcüstan ənənəvi dostluğu, qarşılıqlı faydalı əməkdaşlığı və strateji tərəfdaşlığı ölkələrimizin rifahı, regionumuzun çiçəklənməsi naminə birgə səylərimizlə bundan sonra da yüksələn xətlə inkişaf etməyə və möhkəmlənməyə davam edəcəkdir.

Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Gürcüstan xalqının əmin-amanlığı və firavanlığı naminə qarşıdakı məsul fəaliyyətinizdə müvəffəqiyyətlər arzulayıram.

  • Rəcəb
    Fevral 13, 2024 - 09:22

    Azərbaycan xalqı daim Gürcüstan xalqı ilə mehriban olub.Onlaeın iki dövlət arasında olan dostluq münasibəti daimidir.Biz gürcü xalqını sevirik.Onların səmimiliyi həmişə Azərbaycan xalqlar arasında mökəm olub.Hər iki dövlət başçıları həmişə uzaq görən siyasətçilər və ağıllı düşüncəli olublar.Bircə xahişim budur ki, Gürcüstan və Azərbaycan quru sərhədlərin açılmasına dövlət prezidentimizdən mümkün qədər çox xahiş edirəm.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*