İlham Zəkiyev növbəti dəfə qızıl medala sahib oldu – YENİLƏNİBbackend

İlham Zəkiyev növbəti dəfə qızıl medala sahib oldu - YENİLƏNİB

Azərbaycan millisi Misirin İsgəndəriyyə şəhərində keçirilən Qran-pri turnirində növbəti qızıl medala sahib olub.

KONKRET.az xəbər verir ki, turnirdə 90 kiloqramdan yuxarı çəki dərəcəsində çıxış edən ikiqat Paralimpiya çempionu İlham Zəkiyev bütün rəqiblərinə qalib gələrək yarışı birinci pillədə başa vurub.

Bu gün “Tokio-2020” Yay Paralimpiya Oyunlarının qalibi Xanım Hüseynova (70 kq) da qızıl medal əldə edib.

Daha sonra Dürsədəf Kərimova (+70 kq) bürünc medal uğrunda görüşə çıxacaq.

Qeyd edək ki, ötən gün Namiq Abaslı (73 kq) mötəbər turnirin qalibi olub.

15:42

Azərbaycan paracüdoçusu İlham Zəkiyev Misirin İsgəndəriyyə şəhərində keçirilən Qran Pridə finala yüksəlib.

KONKRET.az xəbər verir ki, 90 kq-dan (J1) yuxarı çəki dərəcəsində çıxış edən idmançı bu raundadək bütün rəqiblərinə qalib gəlib.

Qeyd edək ki, ötən gün 73 kq-dakı (J2) Namiq Abaslı qızıl medal qazanıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*