İlin ən böyük biabırçılığı odur ki, əsgərinizin meyiti aylarla sizin suveren ərazinizdə yatır və deyirlər ki, bizdə ali komandanlıq, Müdafiə Nazirliyi, hökumət var.
KONKRET.az xəbər verir ki, bunu erməni ekspert Hasmik Babacanyan deyib.
“Sizin baş komandanınız deyir ki, biz Qara gölün və ya digər qarlı ərazilərin otuz faizi üçün müharibəyə başlamayacağıq. Və əraziləri müqavimətsiz təslim edirik. Belə lideri olan bir ölkədə sual vermək olarmı ki, niyə əsgərinizin cəsədini öz ərazinizdən gətirmirsiniz? Və daha bir məqam.
Son vaxtlar tez-tez rastlaşıram ki, Azərbaycan tərəfində maneələr olduğundan hərbçilərin meyitlərini çıxarmaq mümkün deyil. Belə olan halda da öz məsuliyyətini itirmiş bu bədxah hakimiyyət suveren dövlətdə düşmən ölkənin yaratdığı əngəllərdən danışır”, – deyə Babacanyan bildirib.
Xuraman Etibarlı,
KONKRET.az