İlin sonuna kimi Bakı ilə İrəvan arasında sülh müqaviləsi İMZALANMAYACAQ – SƏBƏBLƏRbackend

İlin sonuna kimi Bakı ilə İrəvan arasında sülh müqaviləsi İMZALANMAYACAQ - SƏBƏBLƏR

İlin sonuna kimi Bakı ilə İrəvan arasında sülh müqaviləsi imzalanacaqmı? 

KONKRET.az xəbər verir ki, bu barədə siyasi ekspert və məsləhətçi, “Milli Müdafiə” jurnalının baş redaktoru İqor Korotçenko Sputnik Azərbaycan-a müsahibəsində deyib.
O, Azərbaycan və Rusiya Federasiyası xarici işlər nazirlərinin görüşü və Bakı ilə İrəvanın sülh müqaviləsi məsələsində irəliləyişlərin olub-olmadığı barədə danışıb.

“Azərbaycan və Rusiya xarici işlər nazirləri Ceyhun Bayramov və Sergey Lavrov arasında keçirilən görüş Cənubi Qafqaz regionunda baş verən hadisələr baxımından son dərəcə əhəmiyyətlidir.

Rusiya Azərbaycanı MDB məkanında etibarlı tərəfdaş və strateji müttəfiq hesab edir. Bugünkü danışıqların əsas aspekti Azərbaycan və Ermənistan arasında sülh sazişlərinin tezliklə əldə olunmasıdır.

Təəssüf ki, Ermənistanın və onu dəstəkləyən ölkələrin, xüsusən də Fransanın qeyri-konstruktiv mövqeyinə görə, ilin sonuna kimi sülh müqaviləsi imzalanmayacaq”, – deyə Korotçenko bildirib.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*