İlk atom bombasının istehsalına və nəticələrinə səbəb olan “Manhetten” layihəsi haqqında maraqlı FAKTLARbackend

İlk atom bombasının istehsalına və nəticələrinə səbəb olan "Manhetten" layihəsi haqqında maraqlı FAKTLAR

“Manhetten” 1942-1945-ci illər arasında ABŞ hökuməti tərəfindən aparılan bir tədqiqat layihəsi idi.

Bəşər tarixində ilk atom bombasının istehsalı ilə nəticələnən bu layihə hərbi məqsədlə başladılıb.

Formal adı Manhetten Mühəndis Zonası (MMZ) olan bu layihə 1941-46-cı illərdə general R. Gruvsun hərbi rəhbərliyi ilə ABŞ Hərbi Mühəndisləri Komandanlığının nəzarəti altında həyata keçirilib. Layihənin elmi-tədqiqat işlərinə amerika alimi Robert Oppenheymer rəhbərlik edib.

Layihə 1945-ci ildə üç nüvə silahının əldə edilməsi və sınaqdan keçirilməsi ilə nəticələnib. İlk sınaq partlayışı 1945-ci il 16 iyul tarixində Yeni Meksika ştatının Alamogardo şəhəri yaxınlığında plutonium ilə zənginləşdirilmiş bombanın sınaq partlayışı (Üçlük sınağı) ilə həyata keçirilir. Daha sonra, avqust ayının 6-sı uranla zənginləşdirilmiş “Körpə” adlı bomba Yaponiyanın Xirosima şəhərinə atılıb. Bundan üç gün sonra, avqustun 9-u yenidən Yaponiyanın Naqasaki şəhərinə “Kök” adlı ikinci plutoniumla zənginləşdirilmiş bomba atılır. Böyük faciələrə səbəb olan bu hadisəni sınaq kimi xarakterizə edirlər.

ABŞ layihəyə 1942-ci ildə başlamasına baxmayaraq, dövrün nasist Almaniyasının 1940-cı ildən bəri atom bombası istehsalı üçün çalışdığı bilinirdi. Almaniya buna nail olarsa İkinci Dünya nüharibəsinin gedişatını kəskin şəkildə dəyişdirə bilərdi.

Atom bombasını istehsal etmək üçün “uran-235” və “uran-238”-in fiziki olaraq parçalanması lazım idi.

1945-ci ilin yayına qədər nüvə partlaması üçün kifayət qədər material istehsal olundu və “Hanford Works”da istifadəyə verildi.

Layihə XX əsrin 30-cu illərində almanların nüvə texnologiyaları sahəsində apardıqları tətqiqatlara cavab olaraq 1939-cu ildə, əvvəlcə kiçik bir tədqiqat proqramı şəklində yaranıb. Tədricən layihə genişləndirilib və prosesə 130 minlik işçi qüvvəsi cəlb edilib. Layihənin ümumi dəyəri 2 miyard ABŞ dolları olaraq qiymətləndirilirdi (2007-ci ilin istehlakçıların qiymət indeksinə əsasən 23 milyard $).

Nəhayət, “Manhetten” layihəsini sınamaq üçün “Trinity” adlı bir test qurulur və ilk atom bombası 16 iyun 1945-ci il saat 17: 30-da partladılır.

Nyu Meksikonun 193 kilometr cənubundakı Alamoqordo hava bazasında partladılan atom bombası düz 9 kilometr uzaqlıqdakı bir bunkerdən elm adamları tərəfindən seyr edilib.

İlk atom bombasının partlaması nəticəsində güclü işıq, ani istilik dalğası və şok dalğaları səbəbindən güclü bir səs əmələ gəldi.

Partlayış baş verən anda böyük bir alov görünür və bunun ardınca 12.200 metr böyüklüyündə göbələyə bənzər bulud əmələ gəlir.

Atom bombası 15.000 – 20.000 ton TNT detonatorlarına bərabər bir güc meydana gətirir. Bu, ABŞ üçün uğur demək idi.

Bombanın partladığı qüllə tamamilə məhv olur və 730 metr radiusda olan hər şey bu partlayışdan təsirlənir. Sözügedən partlayış “Atom Çağı” adlı bir dövrü başladır.

ABŞ atom bombalarında müvəffəqiyyət əldə edərkən İkinci Dünya nüharibəsinin gedişi dəyişdi və nasist Almaniyası gücünü ciddi şəkildə itirdi.

Almaniya müharibədən çəkilsə də Yaponiya heç vaxt müharibədən çıxmaq niyyətində deyildi və daha sərt bir münasibət göstərməyə hazırlaşırdı.

ABŞ Yaponiyaya təslim olması üçün ultimatum verdi, əks halda Yaponiyanın məhv ediləcəyini bildirdi.

Ancaq Yaponiya yenə də geri addım atmadı. Beləliklə, ABŞ bomba istehsal edildikdən 2 ay sonra Xirosima və Naqasaki şəhərlərinə atom bombaları atdı.

Ümumilikdə, bu bombalar 100 mindən çox insanın ölümünə səbəb oldu və iki şəhəri darmadağın etdi.

Yaponiya bundan sonra 10 Avqust 1945-də təslim olacağını elan etdi.

İnsanlıq tarixinin ən dəhşətli faciəsi: Xirosima-Naqasaki - 75 il

Atom bombasının ixtiraçısı Robert Oppenheimer, Yaponiya məhv edildikdən sonra aşağıdakı sözləri söyləyib:

“Biz bilirdik ki, Yer kürəsi artıq eyni vəziyyətdə qalmayacaq. Bu fikirlərə bəzilərimiz güldü, bəzilərimiz isə ağladı. Çoxumuz isə mənzərə qarşısında susdu”.

Yaponiyaya atılan bu iki atom bombası dünyadakı bütün müharibə strategiyaları və siyasətlərini yıxaraq, köklü bir dəyişiklik üçün qapı açdı.

Musavat.com

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*