İlon Mask lüks evini 37,5 milyon dollara satışa çıxarıb – FOTOLARbackend

İlon Mask lüks evini 37,5 milyon dollara satışa çıxarıb – FOTOLAR

“Paypal”Ş “SpaceX”, “Tesla”, “Zip2” kimi məşhur şirkətlərin qurucusu İlon Mask San Fransisko şəhərində yerləşən evini 37,5 milyon dollara satışa çıxarıb.

KONKRET.az xarici KİV-lərə istinadən bildirir ki, bu İlon Maskın satışa çıxardığı sonuncu evidir. Bundan əvvəl İlon Mask 6 evini satıb. Hazırda İlon Mask və ailəsi ildə Texas ştatında ildə 50 000 dollar kirayə götürdüyü evdə yaşayır.

İlon Maskın satışa çıxardığı evin ümumi sahəsi 1486 kvadrat metrə bərabərdir. Mask bu evi 2017-ci ildə 23 milyon dollar alıb. Evin ətrafında 19 hektar torpaq sahəsi, qarajında isə 11 avtomobil üçün yer var. Ərazidə bir hovuz və bir su anbarı mövcuddur. Evdə 6 yataq otağı və 10 hamam var.

Məlumat üçün bildirək ki, “Forbes”in hesabatına görə İlon Maskın 185 milyard dollar sərvəti var.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*