İlon Mask qorxuya düşdü: Mühafizəçilərini silahlandırdıbackend

İlon Mask qorxuya düşdü: Mühafizəçilərini silahlandırdı

“Tesla”, “SpaceX” şirkətlərinin qurucusu və “Twitter”in rəhbəri İlon Mask öz evində və atasının evində təhlükəsizlik tədbirlərini gücləndirib.

KONKRET.az xəbər verir ki, onun qaçırılmaqdan qorxduğu bildirilir.

Bu barədə milyarderin atası Errol Mask məlumat verib.

Errol Maskın sözlərinə görə, indi iş adamının evində yüksək texnologiyalı kameralar, elektrik hasarları və gecə-gündüz müşahidə sistemi quraşdırılıb. Bundan əlavə, Mask öz mühafizəçilərini maksimum dərəcədə silahlandırıb.

“Əgər bizdən birini qaçırsalar, bu, hər kəsin həyatında qazandığı ən sürətli 20 milyon dollar olacaq. Mən özüm üçün qorxmuram, amma çox qorxuram ki, İlonun başına nəsə gələr, baxmayaraq ki, onun ətrafında 100-ə yaxın mühafizəçi var”, – deyə Errol Mask qeyd edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*