Amerikalı milyarder Corc Soros insanlığa nifrət edir.
KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, bunu “Tesla” və “SpaceX” şirkətlərinin sahibi İlon Mask deyib.
“O, sivilizasiyanın özünü məhv etmək istəyir. Soros insanlığa nifrət edir”, – sahibkar tviterdə yazıb.
O əlavə edib ki, Soros fondları heç də yaxşı niyyətlə yaradılmayıb.
Qeyd edək ki, Macarıstan əsilli amerikalı iş adamı Corc Sorosun 2021-ci ilin martında sərvəti 8,6 milyard ABŞ dolları olub.
You assume they are good intentions. They are not. He wants to erode the very fabric of civilization. Soros hates humanity.
— Elon Musk (@elonmusk) May 16, 2023
İqbal Rzayev,
KONKRET.az