Sükan arxasında infarkt keçirən sürücünün son vəziyyəti açıqlandı – VİDEObackend

Sükan arxasında infarkt keçirən sürücünün son vəziyyəti açıqlandı – VİDEO

“Maştağa qəsəbəsində “Baku Bus” MMC-yə məxsus marşrut avtobusu qəza törədib.

Hadisəyə səbəb sürücünün sükan arxasında infarkt keçirməsi olub.

KONKRET.az xəbər verir ki, sakinlər hadisənin təfərrüatı barədə Baku TV-yə danışıblar.

“Mən evdə idim, zəng edib dedilər ki, avtobus obyektə çırpılıb. Gəlib gördüm, avtobusun yarısı içəridə, yarısı isə bayırdadır. Sürücü xəsarət alıb, hazırda xəstəxanadadır”, – deyə sakin bildirib.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) verilən məlumata görə, sükan arxasında infarkt keçirən sürücü – 1969-cu il təvəllüdlü Haşım Babayev kəllə-beyin travması və beyin silkələnməsi diaqnozu ilə Sabunçu Tibb Mərkəzinə çatdırılıb.

Reanimasiya şöbəsinə yerləşdirilən yaralının vəziyyətinin ağır olduğu bildirilib.

Ətraflı süjetdə:

***

Maştağa qəsəbəsində Bakı Bus MMC-yə məxsus marşrut avtobusu qəza törədib.

KONKRET.az Oxu.az-a istinadən xəbər verir ki, hadisəyə səbəb sürücünün sükan arxasında infarkt keçirməsi olub.

Marşrut avtobusunun qəzaya düşməsinin anbaan görüntüləri də yayılıb.

Videoqeydiyyatçı ilə qeyd alınan görüntülərdə boş avtobusun sürətlə irəlilədiyi görünür. Sonrakı kadrlarda isə onun qarşıdakı obyektə çırpılaraq dayandığı aydın olur.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*