İlon Mask Trampın tvitter qadağasını ləğv edəcəyini açıqladıbackend

İlon Mask Trampın tvitter qadağasını ləğv edəcəyini açıqladı

“Tesla” və “SpaceX”in baş direktoru İlon Mask ABŞ-ın keçmiş prezidenti Donald Trampa qarşı qoyulan tviter qadağasını ləğv edəcəyini açıqlayıb.

KONKRET.az xarici KİV-ə istinadən xəbər verir ki, bu haqda Mask “Financial Times”ın onlayn təşkil etdiyi “Maşının gələcəyi” adlı tədbirdə çıxış edərkən deyib.

“Bu, əxlaqi baxımdan pis və axmaq bir qərar idi. Donald Trampa qadağa qoymaq doğru deyildi, səhv idi”, – o deyib.

Qeyd edək ki, Trampın 6 yanvar 2021-ci ildə konqres basqınından sonra tviter və feysbuk kimi sosial media hesabları “basqını təşviq etdiyi” səbəbi ilə tamamilə bağlanıb.

Tramp tviterin İlon Maska satışını müsbət qiymətləndirib, lakin tviterə qayıtmayacağını, əvəzində öz təşəbbüsü ilə sosial media platforması olan “Truth”a davam edəcəyini açıqlayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*