İlon Mask “Twitter”i yataqxanaya çevirdi – ŞOK İTTİHAM / VİDEObackend

İlon Mask “Twitter”i yataqxanaya çevirdi - ŞOK İTTİHAM / VİDEO

Tviterin sahibi, dünyanın ən varlı adamı İlon Mask bu dəfə böyük ittihamla üz-üzədir.

KONKRET.az xəbər verir ki, sosial media nəhənginin haqqında tviterin mərkəzi qərargahını “Yataqxanaya çevrilməsi” ilə bağlı araşdırma başladılıb.

Səlahiyyətli orqanlar tviterin San-Fransiskodakı ofisinin yataqxanaya  çevrilməsini və işçilərin ağır iş saatı ilə əlaqədar şirkətdə yatmasını araşdırdıqlarını bildiriblər.

Bəzi işçilər çarpayıların ofisin hər yerində olduğunu və növbələrin Maskın “ağır iş” prinsipinə uyğun olaraq uzandığını söyləyib.

Digər tərəfdən, şirkətin bunun üçün rəsmi orqanlardan icazə almadığı və araşdırma aparılacağı bildirilib. Qurum rəsmisi qeyd edib ki, ofis yaşayış binası kimi istifadə oluna bilməz.

Mask isə istintaqa reaksiya verərək “beləliklə , şəhər rəhbərliyi yorğun işçilərinə çarpayı verən şirkətlərə hücum edir” deyə bildirib.

Qeyd edək ki, bundan əvvəl tviteri 44 milyard dollara satın alan kimi, şirkət işçilərinin yarısını, o cümlədən rəhbər şəxsləri də işdən çıxarmışdı. Hətta şirkət işçilərinin ofisdə yatan görüntüləri əvvəllər də mətbuatda əks olunmuşdu.

Demokrat.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*