ABŞ-ın bir sıra qurumlarının, o cümlədən Federal Təhqiqatlar Bürosu (FTB) Pentaqon, Dövlət Departamenti, Milli Kəşfiyyat İdarəsi və Daxili Təhlükəsizlik Departamentinin rəhbərliyi öz tabeliyində olan şəxslərə ABŞ Hökumətinin Effektivliyi İdarəsinə hesabat verməməyi əmr edib.
KONKRET.az xəbər verir ki, bu barədə “The New York Times” məlumat yayıb.
Daha əvvəl DOGE-nin baş direktoru İlon Mask bildirmişdi ki, ABŞ hökuməti işçilərinə həftə ərzində gördükləri işlər barədə hesabat vermələrini tələb edən e-poçt məktubları alacaq. Cavab verməmək istefa kimi qiymətləndiriləcək. Tələbə tabe olmamaq əmri Maskın səlahiyyətlərinin nə qədər genişləndiyinə dair ilk ciddi sınaqlardan biri hesab edilir.
Nəşrə görə, bu, onu göstərir ki, ABŞ prezidenti Donald Trampın administrasiyasında iş adamının hərəkətləri ilə bağlı pərdəarxası narazılıq artır. Dövlət qulluqçuları isə görülən işlərlə bağlı “keçən həftə nə etdin?” bölməsində beş bəndlik hesabat təqdim etməlidirlər.
Vəli Həsənoğlu,
KONKRET.az