İlon Maskın keçmiş sevgilisi Trampa açıq dəstək təklif etdibackend

İlon Maskın keçmiş sevgilisi Trampa açıq dəstək təklif etdi

ABŞ-ın tanınmış iş adamı İlon Maskın keçmiş həyat yoldaşı və model Eşli Sent-Kleer sabiq prezident Donald Trampa dəstək verməyə hazır olduğunu bəyan edib.

KONKRET.az milli.az-a istinadən xəbər verir ki, Sent-Kleer bu barədə “X” (keçmiş Twitter) sosial platformasında paylaşım edərək Trampa birbaşa müraciət ünvanlayıb.

“Əgər məsləhətə ehtiyacınız varsa, mən buradayam”, – deyə o, Trampa çağırış edib.

Onun bu jesti Mask və Tramp arasında münasibətlərin gərginləşdiyi bir vaxtda baş verib. Qeyd edək ki, İlon Mask son günlərdə Trampın siyasətini və seçki strategiyasını kəskin şəkildə tənqid edib. O, Trampın təqdim etdiyi büdcə planını qəbuledilməz adlandıraraq, 2024-cü il prezident seçkilərində onun dəstəyi olmadan Trampın qalib gələ bilməyəcəyini vurğulayıb.

“Əgər mən olmasaydım, Tramp seçkiləri uduzardı. Demokratlar Nümayəndələr Palatasını, respublikaçılar isə Senatda cəmi 51 yer qazanardı. Bu, sadəcə nankorluqdur”, – deyə Mask daha sonra sildiyi paylaşımda qeyd edib.

Milyarder həmçinin sabiq prezidentin adının cinsi cinayətlərdə ittiham olunan Cefri Epsteynlə bağlı sənədlərdə yer aldığını iddia edib:

“Əsl bombanı atmağın vaxtıdır – Trampın adı Epsteinin fayllarındadır”.

Eşli Sent-Kleerə dair mübahisəli məqamlar bununla yekunlaşmır. O, ötən il İlon Maskdan bir oğlan uşağı dünyaya gətirdiyini açıqlayıb. 2024-cü ilin aprelində “The Wall Street Journal” nəşrinə verdiyi müsahibədə Sent-Kleer iddia edib ki, Mask bu məlumatın ictimaiyyətə açıqlanmaması üçün ona 15 milyon dollar təklif edib. Bundan əlavə, milyarderin uşağın 21 yaşına qədər aylıq 100 min dollar ödəməyi də vəd etdiyi bildirilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*