İlqar Məmmədovdan AXCP üzvünə MARAQLI CAVABbackend

İlqar Məmmədovdan AXCP üzvünə MARAQLI CAVAB

REAL partiyasının sədri İlqar Məmmədov bu il Milli Məclisə namizəd olacağının açıqladıqdan sonra sosial şəbəkələrdə bəzi partiyaların hədəfinə çevrilib.

KONKRET.az xəbər verir ki, seçkilərə qatılmaq niyyətlərinin olmadığını açıqlayan AXCP üzvləri bu istəkdə olan bütün insanlara qarşı cəbhə açıblar. Bunu bir az aktiv olan sosial şəbəkə üzvləri asanlıqla görə bilir.

Adı çəkilən partiya nümayəndəsinin “seçkinin sadəcə adı olacaq özü yox”, “cəmiyyəti aldatmayın” kimi iddialı şərhlərinə İlqar Məmmədov onların uzun illərdi heç nəyə nail ola bilmədiklərinə işarə edərək ironiya ilə cavab verib: “Oturun, daha 31 il gözləyin”.

Onu da qeyd edək ki, AXCP üzvləri parlamentin növbəti seçkilərinə qatılmaq istəyənlərə qarşı çox aqressivlik nümayiş etdirilər. Hətta Facebook təmsilçiləri bu münasibəti anlamadıqlarının qeyd edirlər. Onlardan biri maraqlı bir münasibət bildirib ki, əgər insanları siyasi cəhətdən aktivləşdirmək istəyirsinizsə, bunun yolu seçkidir:

“Məncə, cəmiyyəti ancaq seçki fonunda, seçkilər vasitəsilə aktivləşdirmək olar. Sizdən ağlabatan cavab gözləyirəm”. (Lent.az)

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*