İmişli sakini həmyerlisinin darvazasına ATƏŞ AÇDIbackend

İmişli sakini həmyerlisinin darvazasına ATƏŞ AÇDI

İmişli sakini həmyerlisinin darvazasına atəş açıb.

Bu barədə KONKRET.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, dekabrın 12-də saat 16 radələrində İmişli şəhərində yaşayan M.Hümbətovun evinin darvazasına tüfəngdən atəş açılması barədə polisə məlumat daxil olub.

İmişli Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən aparılan araşdırmalarla şəhər sakini Bəhlul Qədirovun münaqişə zəminində tüfəngdən darvazaya bir dəfə atəş açması müəyyən olunub.

Görülmüş tədbirlərlə B.Qədirov saxlanılıb, ondan “İJ-18” markalı ov tüfəngi götürülüb.

Faktla bağlı Cinayət Məcəlləsinin 221-ci (Xuliqanlıq) maddəsi ilə cinayət işi başlanılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*