İmişlidə avtomobil uşaqları vurdu, ölən və yaralanan var – YENİLƏNİBbackend

İmişlidə avtomobil uşaqları vurdu, ölən və yaralanan var - YENİLƏNİB

İmişlidə avtomobilin vurduğu uşaqların şəxsiyyətləri məlum olub.

KONKRET.az xəbər verir ki, bunlar Aranlı kənd sakinləri – 2013-cü il təvəllüdlü Quliyev Nihad Əkbər oğlu və həmyaşıdı Hüseynli Umud Musa oğludur.

Qeyd edək ki, hadisə axşam saatlarında Aranlı kəndində qeydə alınıb. Kənd sakini, 1994-cü il təvəllüdlü İmanov Mahir İlham oğlu “VAZ-2107” markalı avtomobillə hərəkətdə olarkən nəqliyyat vasitəsi idarəetmədən çıxıb. Elə bu zaman avtomobil yolu keçmək istəyən, iki uşağı vurub. Nəticədə onlardan biri ölüb. Digəri isə ilk tibbi yardımdan sonra Bakı şəhərindəki xəstəxanalardan birinə göndərilib.

Faktla bağlı İmişli Rayon Polis Şöbəsində araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*