İmişlidə bir ailənin üç üzvü dəm qazından zəhərlənib.
KONKRET.az xəbər verir ki, APA-nın məlumatına görə, hadisə İmişli rayonu Qaradonlu kəndində qeydə alınıb.
Kənd sakinləri – 1992-ci il təvəllüdlü Murad Kərimov, həyat yoldaşı 1995-ci il təvəllüdlü İlkanə Kərimova və övladı 2021-ci il təvəllüdlü Səccad Kərimov dəm qazından zəhərləniblər.
Onlar İmişli Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.