İmişlidə səhhətində problem yaranan sürücü qəza törətdibackend

İmişlidə səhhətində problem yaranan sürücü qəza törətdi

İmişlidə sürücü ürək tutmasından avtomobildə keçinib.

KONKRET.az xəbər verir ki, hadisə rayonun məcburi köçkünlərin yaşadığı Fin qəsəbəsində qeydə alınıb.

İlkin məlumata görə, Mingəçevirdə yaşayan Ağdam rayon sakini, 1966-cı il təvəllüdlü Quliyev Faiq Allahverdi oğlu idarə etdiyi “Renault” markalı minik avtomobili ilə İmişlidə yaşayan qardaşıgilə gələrkən qəfil halı pisləşib.

İdarəetmədən çıxan avtomobil yolun kənarındakı dirəyə çırpılıb. F.Quliyev maşında dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır. /Report

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*