İmişlidə toyda zəhərlənənlərin sayı artdıbackend

İmişlidə toyda zəhərlənənlərin sayı artdı

İmişlidə zəhərlənmə ilə bağlı daha dörd nəfər xəstəxanaya müraciət edib.

KONKRET.az-ın xəbərinə görə, TƏBİB-dən bildirilib ki, sentyabrın 24-də zəhərlənmə şübhəsi ilə 59 nəfər (5-i uşaq olmaqla 25-i kişi, 4-ü uşaq olmaqla 34-ü qadın) İmişli Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

Onlara qeyri-infeksion enterit və kolit diaqnozu təyin olunub və hər birinə zəruri tibbi yardım göstərilib.

Vəziyyəti qənaətbəxş qiymətləndirilən 4 nəfər iltizamnamə əsasında ixtisaslı tibbi xidmətdən imtina edib.

Vəziyyətləri stabil qiymətləndirilən digər şəxslərin müalicələri müvafiq şöbələrdə davam etdirilir.

Xatırladaq ki, sentyabrın 23-də toyda kütləvi zəhərlənmə baş verib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*