İmtahan nəticələri AÇIQLANIBbackend

İmtahan nəticələri AÇIQLANIB

Dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi (BB altqrupu) üzrə bu gün keçirilən imtahanın nəticələri elan olunub.

KONKRET.az xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzindən məlumat verilib. İştirakçılar imtahan nəticələrini DİM-in saytından, eləcə də mobil operatorlar (Azercell, Bakcell, Nar, Naxtel) vasitəsilə “iş nömrəsi”ni 7727 nömrəsinə göndərməklə öyrənə bilərlər.

İmtahanda 213 nəfər iştirak edib. İmtahan nəticələrinə əsasən, BB1 altqrupu üzrə 17, BB2 altqrupu üzrə 46, BB3 altqrupu üzrə 61, BB4 altqrupu üzrə 52 nəfər olmaqla, ümumilikdə 176 namizəd tələb olunan şərtləri ödəyərək uğur qazanıb.

Test imtahanından müvəffəqiyyətlə keçən namizədlərə altqruplara daxil olan vəzifələrə uyğun olaraq sertifikat veriləcək. Sertifikat 5 il qüvvədə olur.

Apellyasiya komissiyasına müraciət etmək istəyənlər martın 19-u saat 12:00-dan martın 21-i saat 17:00-dək DİM-in saytında yerləşdiriləcək elektron ərizəni doldurmaqla qeydiyyatdan keçə bilərlər. Göstərilən müddət ərzində qeydiyyatdan keçməyənlər sonradan apellyasiya üçün müraciət edə bilməyəcəklər.

DİM martın 27-dən etibarən telefon əlaqəsi vasitəsilə apellyasiya prosesi təşkil edəcək. Bir namizədin ərizəsi (müraciəti) üzrə ən çox 15 dəqiqə müzakirə aparıla bilər. Ayrılan vaxt bitdikdə, kənar şəxs müzakirəyə qoşulduqda və ya etik davranış qaydaları pozulduqda müzakirə prosesi dayandırılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*