“İmtahan öncəsi pulsuz treninqlərin təşkili çox vacibdir” – pedaqoqdan TƏKLİFbackend

"İmtahan öncəsi pulsuz treninqlərin təşkili çox vacibdir" - Pedaqoqdan TƏKLİF

İlahə Qurbanlı – filologiya üzrə fəlsəfə doktoru

Məktəblərdə stresli situasiyalara dair treninqlər təhsil qədər vacibdir.

“Son günlər ard-arda yeniyetmələrin intihar etməsi olayları haqlı olaraq cəmiyyətdə valideynlərə qarşı etiraz dalğasını gücləndirir. Hər ağızdan: “Öldürməyin uşaqlarınızı!” sədası gəlir. Nə baş verir?”

 KONKRET.az xəbər verir ki, bunu Azərbaycan Yüksəliş Partiyası Başqanının Elm və təhsil məsələləri üzrə müavini, filologiya üzrə fəlsəfə doktoru İlahə Qurbanlı bildirib.

Onun fikrincə, əlbəttə, heç bir valideyn övladının ölümünü istəməz. Lakin…

“İki-üç il ərzində repititorlara böyük pullar xərcləyən orta və ya az gəlirli ailə abituriyentdən yüksək bal gözləyir. Gözləniləndən aşağı bal toplayanda isə ailədə qalmaqal başlayır. Statistik azərbaycanlı ailəsində suçlanan tək uşaq deyil, həm də qarşılıqlı şəkildə ata və anadır. Evdə günlərlə sürən qalmaqalllar, dava-dalaşlar, bezdirici durum, üstəlik, “Sən gələcəyini məhv etdin”, – kimi uşağın gələcəyi ilə bağlı pessimist proqnozlar. Nəticə: son illər təkrarlanan intiharlar. Bir neçə ildir, bu acı ənənə davam edir. Nə etməli? Desək ki, tək günahkar övladının gələcəyini bildiyi şəkildə qurmaq istəyən valideyndir – haqsızlıq olar. Günahı var, amma başqa səbəblər də çoxdur”, – deyə Başqan müavini əlavə edib.

İlahə Qurbanlı bildirib ki, valideyn-uşaq münasibətləri dəyişən dövranımızda klassik şəkildə davam edə bilməz: “Aidiyyəti qurumlar treninqlər təşkil etməli, bu işə qeyri-hökumət təşkilatlarını da cəlb etməlidir.

“Əvvəllər bizdə bir zarafat vardı: Şərqdə depressiyaya düşən falçıya, Qərbdə psixoloqa qaçır. Hər zarafatda bir həqiqət var. Bəli, oturuşmuş stereotipdən çıxsaq, qəbul edərik ki, psixoloq depressiyadan çıxmaq üçün deyil, depressiaya düşməmək üçündür. ilk öncə. İmtahan öncəsi pulsuz treninqlərin təşkili aidiyyəti hökumət qurumlarının iş planına daxil olmalıdır. Treninqlərə həm şagirdlər, həm müəllimlər, həm də valideynlər cəlb olunmalıdır. Həyəcanlı durumlarda özünü idarə və ələ alma, imtahana hazırlıq, bal cavablarını gözləmə, aşağı və yuxarı ballar, peşə seçimi və digər stresli situasiyalarda davranış qaydaları psixoloqlar və mütəxəssislər tərəfindən izah olunmalı, təbliğ edilməlidir. Məktəb psixoloqu vəzifəsi ciddiyə alınmalıdır. Çünki bu peşə müəllim qədər vacibdir. Ümid edirəm, Təhsil nazirimiz intihar xəbərlərinə ürək ağrısı ilə yanaşır və yollar araşdırır. Necə deyəllər, ağlın yolu həmişə birdir”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*