“İndiki hakimiyyət Qarabağdan qurtulmağa çalışır”.
KONKRET.az erməni mediasına istinadla xəbər verir ki, bu barədə Ermənistan Respublika Partiyasının sədr müavini Armen Aşotyan deyib.
Dünən partiyanın sədr müavini Rəcəb Tayyib Ərdoğan Türkiyənin irəli sürdüyü bir sıra ilkin şərtləri səsləndirib. O bildirib ki, bu ilkin şərtlər ya artıq yerinə yetirilib, ya da icra mərhələsindədir.
Aşotyanın fikrincə, indiki hakimiyyət Qarabağdan qurtulmağa çalışır.
“Bu vəziyyətdə Türkiyə ilə münasibətlərin qurulması bizim ləyaqətimiz hesabına baş verəcək. İşi “erməni soyqırımı”nın beynəlxalq səviyyədə tanınması olan diasporadakı soydaşlarımızın mövqeyi məni təəccübləndirir. Əcdadlarınızın xatirəsi hərraca çıxarılıb. Diaspora soyqırımın satışına dözəcəkmi? Ümid edirəm ki, yox”.
O, əmindir ki, 2022-ci il erməni xalqının öz dövlətçiliyini xilas etmək üçün son şansı olacaq, əlbəttə ki, “Arsaxsız”.
Xuraman Etibarlı,
KONKRET.az