backend

İndiki məqamda Qarabağda müharibə gözlənilirmi? – REAL TƏHLİL

Sosial mediada Türkiyə ordusunun guya Azərbaycandan çıxması və Türkiyə-Azərbaycan arasındakı münasibətlərlə bağlı  manipulyasiya xarakterli xəbərlər tirajlanmaqdadır. Biz bu tip xəbərlərin hansı mərkəzlərdən idarə edildiyini bilirik”.

Bu fikirləri KONKRET.az-a açıqlamasında Beynəlxalq məsələlər üzrə şərhçi, Sosial Tədqiqatlar Mərkəzinin mətbuat katibi Əziz Əlibəyli səsləndirib: “Hesab edirəm ki, Azərbaycan və Türkiyə arasındakı əlaqələr o qədər sıx və genişdir ki, hansısa olay və fərqli yanaşmalar bu münasibətləri poza bilməz” – Əziz əlibəyli vurğulayıb.

Ekspert bəzi sualların mütləq cavablandırılmalı olduğunu da diqqətə çatdırıb: “Məsələn 44 günlük müharibə dövründə Azərbaycan ərazisinə kömək məqsədi ilə Türk ordusu yeridildi ki, indi “Türkiyə generallarını və avadanlıqlarını Azərbaycandan çıxarır” kimi fikir tirajlayırlar?. Türkiyə və Azərbaycan arasında hərbi müqavilə var. Həmçinin hərbi müttəfiqliklə bağlı da 2010-cu il  və 2021-ci ildə imzalanan Şuşa Müqaviləsi mövcuddur. Bütövlükdə 44 günlük müharibə müddəti Azərbaycan üçün ən kritik dönəm hesab edilirdi. Amma bu kritik dönəmdə Azərbaycan Türk ordusunun köməyindən istifadə etmədi. Yəni faktiki olaraq nəinki Türk ordusu, həmçinin digər dövlətlərin silahlı qüvvələri də Azərbaycana dəvət edilmədi. Azərbaycan ordusu öz hərbi gücü ilə bu müharibəni apardı”.

Əziz Əlibəyli: “Üç cəbhə açmaqla düşməni məhv etmək olar” - MÜSAHİBƏ

Bəs Şuşa Bəyannaməsi nə üçün imzalandı?

“Çox kritik və həssas bir dönəm idi.  Həssas bir vaxtda ermənilər Qarabağdakı məğlubiyyətdən sonra revanşist hərəkətlərə meyl edirdilər. Rusiya üzərindən manipulyasiya edirdilər, Paşinyan ABŞ və Fransanı regiona dəvət etməyə cəhd göstərirdi. Yenə də “Artsax” adının qabardılması və statusun Azərbaycana qəbul etdirilməsi məsələsinə səy göstərilirdi. Və nəhayət Rusiya faktoru bizi qırmızı xətti müəyyənləşdirməyə sürüklədi. Ona görə də, Şuşa Bəyannaməsi imzalandı”.

Qarabağda müharibə gözlənilirmi?

“Bu sualın cavablandırılması birmənalı şəkildə olmalıdır. Müharibəni hansı ordu və hansı arsenal hesabına edəcək?. Məğlub olan erməni ordusunun özünü bərpa etməsi üçün təxminən 38 il lazımdır. Üstəlik 4 milyard dollar dəyərində də, təkcə hərbi itkiləri var. Bu baxımdan da Qarabağda müharibənin gözlənilməsi, oraya ordunun cəlb edilməsi mümkün deyil. Artıq Azərbaycan hərbi yox, sosial güllələrdən istifadə edir”.

Rusiya təhlükəsi nə  qədər realdır?

“44 günlük müharibə dövründə Rusiyanın təhlükəsi indiki qədər olmayıb. Amma 44 günlük müharibədə Kreml bir maneə yarada və hərbi əməliyyatları dayandıra bilmədisə, o zaman indi toqquşmaların olmadığı bir vaxtda Rusiya təhlükəsinin reallığı ilə bağlı məsələlər gündəmdə deyil. Azərbaycan tərəfi də, Rusiyanı bu məsələdə neytrallaşdırdı və sülhməramlılar Qarabağa dəvət olundu. 1920 nəfərlik sülhməramlı kontingentin Azərbaycanda təhlükə yaratması, qondarma rejimin arxasında durub onu yüksəltməsi və bunun hərbi əməliyyatlara çevrilməsi imkansızdır”.

Müşviq Tofiqoğlu

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*