İndoneziya Ukrayna ilə bağlı QƏRAR VERDİ: 20 minlik ordu…backend

İndoneziya Ukrayna ilə bağlı QƏRAR VERDİ: 20 minlik ordu...

BMT Baş Assambleyasındakı çıxışında İndoneziya prezidenti maraqlı məqamlara toxunub.

KONKRET.az bildirir ki, o, ölkəsinin Ukraynada sülhün bərpası üçün ciddi addımlar atmağa hazır olduğunu bəyan edib.

“Biz sülhün müdafiəçilərinə ehtiyac olan hər yerdə olacağıq — sadəcə sözlərlə deyil, əməllərlə. Təhlükəsizlik Şurası və Baş Assambleya belə qərar versə, İndoneziya Ukraynaya və digər regionlara sülhün bərpası üçün 20 min, hətta daha çox övladını göndərməyə hazırdır”, — deyə dövlət başçısı vurğulayıb.

Bu bəyanat Cakartanın qlobal miqyasda sülhməramlı missiyalarda rolunu gücləndirməyə hazır olduğunu göstərir.

Müşviq Tofiqoğlu

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*