İngilis şahzadəsi Harrinin həyat yoldaşı, aktrisa Meqan Markl 2015-ci ildə serial layihələrindən birində rolu aldatma yolu ilə almaq məcburiyyətində qaldığını söyləyib.
KONKRET.az xəbər verir ki, bu barədə məlumatı “The Sun” nəşri yayıb.
Məlumata görə, Meqan söhbətin “fors-major” televiziya şousunun kastinqindən getdiyini bildirib.
Marklın sözlərinə görə, seçimdə o, ABŞ Kinoaktyorları Gildiyasına üzv olduğunu bildirib. Əslində isə o, bu qurumun üzvü olmayıb.
Aktrisa bildirir ki, o zaman yalan danışmaqla özünü əsl dələduz kimi hiss edib.
Xatırladaq ki, Markl Disney şirkəti ilə müqavilə imzalayıb və bu müqaviləyə əsasən personajları səsləndirəcək.
Babək Göyüş
KONKRET.az