İngiltərə millisinin baş məşqçisi Qaret Sautgeyt vəzifəsini tərk edəcəyini istisna etməyib.
KONKRET.az xəbər verir ki, bu barədə “The Athletic” portalı məlumat yayıb.
“Dörd və ya beş ay sonra səhv seçim etdiyimi düşünmək istəmirəm. Hazırda beynimdə bir-biri ilə ziddiyyət təşkil edən çox şey var, ona görə də əmin olmaq istəyirəm ki, bu, düzgün qərar olacaq”, – o bildirib.
Qeyd edək ki, dekabrın 10-da İngiltərə yığması Qətərdə keçirilən dünya çempionatının 1/4 final matçında Fransaya 1:2 hesabı ilə uduzub.
İqbal Rzayev,
KONKRET.az