İngiltərə Rusiya və Çinə qarşı gizli missiyaya hazırlaşırbackend

İngiltərə Rusiya və Çinə qarşı gizli missiyaya hazırlaşır

İngilis xüsusi təyinatlıları Rusiya və Çinə qarşı yeni gizli missiyaya başlayacaqlar. Bu hərəkat dövlət səviyyəsində düşmənlərə qarşı mübarizənin gücləndirilməsi çərçivəsində keçiriləcək.

KONKRET.az xəbər verir ki, bu barədə İgiltərə ordusunun nümayəndəsi Mark Totten bildirib.

Onun sözlərinə görə, bu iş üçün real mütəxəssislərin bilik və təcrübəsi lazımdır:

“Buna görə İngiltərədə daha çox insan gizli tapşırığa cəlb ediləcək. Dənizdəki terrorizmə qarşı mübarizə və ya daha mürəkkəb və daha riskli ortaq əməliyyatlar kimi bəzi tapşırıqları yerinə yetirə bilərik. Xüsusi təyinatlılar Rusiya və Çinin kəşfiyyat zabitlərini izləyəcəklər”.

Nəşr ingilis ordusundakı mənbələrə istinadən xüsusi təyinatlıların Cənubi Çin Dənizi yaxınlığında yerləşən ölkələr üçün də dəniz təlimlərinə başlaya biləcəyini yazır./Axar.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*