İnsan genomu tamamilə xəritələşdirildibackend

İnsan genomu tamamilə xəritələşdirildi

ABŞ elm adamları 20 illik tədqiqatdan sonra insan geninin tam xəritəsini tərtib edib.

KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, tamamlanmış gen xəritəsi  “Science və Nature Methods” jurnallarında dərc edilib.

Bildirilib ki, aşkar edilən tam xəritədə 3604 gen var. Bunun genetik xəstəliklərin müalicəsi ilə bağlı davam edən bir çox araşdırmaya işıq tutacağı gözlənilir. Alimlər xəritənin yaşlanma, xərçəng və ürək xəstəlikləri kimi sahələrdə tibbi kəşflərə yol açacağını bildirib.

Qeyd edək ki, insan genomu ilk dəfə 2003-cü ildə ABŞ Milli İnsan Genomu Tədqiqat İnsitutu tərəfindən izah edilib.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*