İnsulini qismən əvəz edəcək diabet əleyhinə içki hazırlandıbackend

İnsulini qismən əvəz edəcək diabet əleyhinə içki hazırlandı

Cənubi Ural Dövlət Universitetinin Ali Tibb və Biologiya Məktəbinin alimləri müəyyən ediblər ki, aktiv peptidlərlə zənginləşdirilmiş zərdab əsaslı içkilər hipoqlikemik xüsusiyyətlərə malikdir.

KONKRET.az xəbər verir ki, “diabetes mellitus” insulin ifrazının və ya fəaliyyətinin pozulması nəticəsində hiperqlikemiya (qan şəkərinin artıqlaması) ilə xarakterizə olunan metabolik xəstəlikdir. Diabet xəstəsi qlükoza səviyyəsini tarazlaşdıran, asanlıqla həzm olunan, vitaminlərlə zəngin bir pəhrizə ehtiyac duyur. Cənubi Ural Dövlət Universitetinin Qida və biotexnologiya kafedrasının alimləri heyvan mənşəli ikinci dərəcəli xammaldan hidrolizatlar istehsal ediblər.

Texnika elmləri doktoru, SUSU-nun Qida və biotexnologiya kafedrasının dosenti Oksana Zininanın sözlərinə görə, “Heyvan zülalları bitki zülalından fərqli olaraq daha qiymətli amin turşusu tərkibinə malikdir. Buna görə də potensial hipoqlikemik aktivliyə malik qiymətli aktiv peptidlər əldə etmək üçün daha böyük imkanlar var. Bizim hidrolizatın alınması texnologiyası tamamilə unikaldır. Propion turşusu bakteriyalarının iştirakı ilə mayalanan heyvan zülalı olan iki növ xammalı birləşdiririk. Məhz propion turşusu bakteriyaları hidrolizatda antidiyabetik təsirə malik ən çox aktiv peptidlərin əmələ gəlməsinə kömək edir”.

Yaranan aktiv peptidlər dipeptidil peptidaza-4 və α-amilaza kimi fermentlərin fəaliyyətini boğaraq qan şəkərinin səviyyəsini azaldır. Bioaktiv peptidlər digər faydalı xüsusiyyətlərə malik ola bilər: antioksidant, antiproliferativ, antiinflamatuar, antimikrobiyal və immunomodulyator.

Çelyabinsk tədqiqatçıları Cənubi Ural Dövlət Tibb Universitetinin alimləri ilə birgə qanda qlükoza səviyyəsini aşağı salmaq üçün məqsədyönlü içkinin optimal formulunu modelləşdiriblər və laboratoriya heyvanları üzərində ilkin klinik tədqiqatlar aparıblar. Araşdırmanın nəticələri Rusiyanın yüksək reytinqli “Food Systems” jurnalında dərc olunub.

Dünya elmində tədqiqatlar var ki, hidroliz zamanı müxtəlif zülalların birləşməsi bitmiş hidrolizatda müxtəlif unikal peptidlər əldə etməyə imkan verir ki, bu da müxtəlif xəstəliklər üçün profilaktik tədbir kimi çıxış edir.

“Guman edirik ki, effektivliyin adekvat təsdiqindən sonra zülal içkimiz glisemik parametrləri tənzimləmək baxımından faydalı ola bilər”, – SUSU-nun Qida və Biotexnologiya kafedrasının aspirantı Anna Nikolina deyib.

Günel Mikayılova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*