“İnter” Çempionlar Liqasındakı rəqibini UEFA-ya şikayət edəcəkbackend

"İnter" Çempionlar Liqasındakı rəqibini UEFA-ya şikayət edəcək

İtaliyanın “İnter” klubu Çempionlar Liqasının 1/8 final mərhələsindəki rəqibi Portuqaliya “Portu”sunu UEFA-ya şikayət edəcək.

KONKRET.az xəbər verir ki, bu barədə Milan təmsilçisinin baş direktoru Cüzeppe Marotta açıqlama verib.

O, 1000 azarkeşin səfərdəki qarşılaşmaya buraxılmadığı üçün Avropa futbol qurumuna müraciət edəcəklərini bildirib.

Marotta bunun onlar üçün gözlənilməz olduğunu vurğulayıb: “Mən çöldə qalan ailələri, İtaliyadan gələn ağlayan uşaqları gördüm. Bu, gözəl axşamın acı səhifəsidir. Yerli hakimiyyət orqanları ilə görüşmüşdük və onlar bizi əmin etdilər ki, hətta qonaq sektorunda izdiham olsa belə, fanatlar içəri buraxılacaq. Lakin belə olmadı”.

Qeyd edək ki, Portuqaliyadakı görüş qolsuz bərabərliklə yekunlaşıb. İlk matçda rəqibini 1:0 hesabı ilə üstələyən “İnter” 1/4 finala yüksəlib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*