“İnter” İtaliya A seriyasının 17-ci turunda “Leççe”ni qəbul edib.
KONKRET.az xəbər verir ki, matç meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.
“İnter” – “Leççe” – 2:0
Qollar: Bissekk, 43, Barella, 78
Qırmızı vərəqə: Banda, 83 (“Leççe”)
Hazırda “İnter” 2023/2024 mövsümü üçün İtaliya A Seriyasının turnir cədvəlində 1-ci yerdədir. Komanda 17 turdan sonra 44 xal toplayıb. “Leççe” 20 xalla 12-ci yerdədir. “Yuventus” 40 xalla 2-ci, “Milan” 33 xalla 3-cüdür.