Bir müddətdir ölkədə genişzolaqlı internet tarifləri üzrə sürət və ödəniş məbləğinə dəyişiklik edilib.
GPON (Gigabit Passive Optical Network – Gigabit tutumlu Passiv Optik Şəbəkə) tarifləri üzrə təqdim olunan sürətlər 2.5 dəfə (40 Mbit/s internet sürətini 100 Mbit/s-yə, 60 Mbit/s internet sürətini 150 Mbit/s-yə və 100 Mbit/s sürətini isə 250 Mbit/s-yə qədər) artırılıb. Yeni sürət tariflərində abunəçilər üçün minimal sürət 100 Mbit/s-dən başlayır və hər Mbit/s üçün ödəniş məbləği 0.45 AZN-dən 0.25 AZN-ə endirilib. Belə ki, abunəçilərə 100 Mbit/s internet üçün 25 AZN, 150 Mbit/s internet üçün 30 AZN, 250 Mbit/s internet üçün 36 AZN qiymət təklif edilir.
Qiymətin artmasına baxmayaraq, internet sürətinin vəd ediləndən aşağı olması əhali arasında narazılığa səbəb olub.
KONKRET.az xəbərinə görə, qiymət artımından narazı olan vətəndaşlar sosial mediada etiraz aksiyasına başlayıb.
Belə ki, TikTok sosial media hesabında video paylaşan istifadəçi “qiymət artımına etiraz edirik” başlığı ilə aksiyaya başlayıb.
Paylaşımda insanların aksiyaya qoşulmağa dəvət olunur:
“Qiymət artımına etiraz edirik” devizi altında aksiya başlayıb. Mən qoşuldum. Sən də qoşul, etiraz et, paylaş”.
Qeyd edək ki, artıq aksiyaya xeyli abunəçi qoşulub.
Aygün,
KONKRET.az
Mende internetin bahalaşmasina etiraz edirem heçbir suret falan yoxdur yalandan milleti aldadib cibimize girirler hele 18manatda çoxdur bu internet üçün serf elemir gelsinler yigişdirsinlar istemirik..
olmaz belə! indi də,modemin kohnəliyi bəhanə edilir,,get indi də modem all,,sonra nə etməliyik??????
Internetin qiymətinin artırılmasına etiraz edirəm !!!
İnternetin bahalaşmasına etiraz edirəm.Buna dövlət nəzarət etməlidir həm qiymətinə həmdə sürətinə.
İnternetin qiyməti artıb ama sürət konkret şəkildə aşağı düşüb oqədər zəyifdir ki vatsapda yazdığımız ama gedib ünvana çatmır
Qiymət artımına etiraz edirəm
Hec bir deyishiklik hiss etmedik.Mademide deyishdirdik,cihazlarda uygun,smma,ferq etmir..Spidtest 80di gostersede xeyri yoxdur.
bahadi emeldi
intrnet pylu qalxdi dedkler suret qalxacag dayda suret aşagı dusub nə oyundecamati bezdriler aldadilar
Türkiyədə 1000mbps internet bizim pulla 50 manatdır bizdə 25 manata 100mbps internet verillər oda 20yada 40 zülmnə çıxır
Internet deyil. Sürət yox. Keyfiyyət yox. Yalnız qiymət bahalaşıb.
Mende etiraz.edirem.suni.qiymete.internet zeifdi islemir
Menden 27 manat pul tutulub sebebsiz mecburi şekilde ödeniş etmişem acilmagida hardasa 1 gun vaxt cekib.
10 AZN aylıq 1 Mbit,;- 14 AZN 4 Mbit,:- 18 AZN 40 Mbit,; 25 AZN 100 Mbit.
Hər dəfə bu dəyişikliklərdə əvvəlki sonrakindan yaxşı olub. 1 Mbit den heçbir fərqi yoxdur 100 Mbit in . Sadəcə xalqı axmaq yerinə qoyub 2.5 dəfə qiymət qaldırıblar.
10 AZN 1Mbit idi .indi 25 AZN 100 Mbit.
1 Mbit bu 40 və 100mbitden heç bir fərqi yoxdur.
Sadəcə xalqı axmaq yerinə qoyub 2.5 dəfə qiymət qaldırdılar .
100 Mbit Internetiniz başınıza dəysin.
Xalqı axmaq yerinə qoymusuz.
Biz bapbalaca evde 1otaqli heyet evinde yaşayiriq. 2neferik. Bizim ucun 18 azn çox idi. Gucnen ödeyirdik. Qaldirib 25 azn edibler. Haqqimizi halal etmirik!!! Yoldaşim fehledi zulumnen pulumuzu çatdiririq. Internet qiymeti ucun seçim qoysunlar. Biri 25 azn isteyende digerinin imkani yoxdusa 18 azn goture bilsin. Qiymet artimini şiddetle qınayıram.
Qiymeti qaldirdilar guya 100mb/saat internet sureti olacaq. Lakin 36mb/s internet gucle verilir. Bu qeder insanin haqqini yeyirler. Hec bir nezaret organi bununla maraqlanmir
Qiymət artımına etiraz edirəm .Çox bahadır ödəmək olmur
İnternet qiymeti artimina etiraz edirem!!!!
AZTELEKOM fırıldaqcıdı