İnterpolun saxladığı Azər Kazım azad edildi – YENİLƏNİBbackend

İnterpolun saxladığı Azər Kazım azad edildi - YENİLƏNİB

İnterpol tərəfindən saxlanılan azərbaycanlı mühacir Azər Kazım bu gün məhkəmənin qərarı ilə azad edilib.

KONKRET.az xəbər verir ki, bununla bağlı məlumat sosial şəbəkələrdə yayılıb.

Bildirilib ki, ötən gün İsveçdən Norveçə gələn Azər Kazım Osloda saxlanılıb. Sənəd yoxlaması zamanı məlum olub ki, A.Kazımın adı Azərbaycanın hüquq-mühafizə orqanlarının təqdimatı əsasında İnterpolda axtarılanlar siyahısındadır.

Azər Kazım Oslo polisinə təhvil verilib. Bundan sonra onu müdafiə edən vəkil ailəsi ilə birgə sənədlərin qaydaya salınmasına yardım edib. Məhkəmə isə onun azadlığa buraxılması qərarına gəlib.

21:09

“İnterpol” tərəfindən axtarışa verilən azərbaycanlı Norveçin paytaxtı Osloda saxlanılıb.

KONKRET.az-ın məlumatına görə, Norveç polisi sərhəddə Azər Kazım adlı azərbaycanlının sənədlərinə baxış keçirib.

Sənəd yoxlaması zamanı məlum olub ki, A.Kazımın adı Azərbaycanın hüquq-mühafizə orqanlarının təqdimatı əsasında “İnterpol”da axtarılanlar siyahısındadır.

Oslo polisinə təhvil verilən azərbaycanlının məhkəməyə çıxarılacağı gözlənilir. Report

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*