“Həftədə, on gündə bir dəfə gəlirdi. Telefonla da əlaqə saxlayırdıq. Həmişə deyirdi ki, işim yaxşıdır, problem yoxdur”.
Xatırladaq ki, yanvarın 1-də vəkil Zaur Məmmədov intihar edib. Üzərinə benzin tökərək özünü yandırıb. Onun həyatını xilas etmək mümkün olmayıb.
Hadisə Vəkillər Kollegiyasının yanında qeydə alınıb.
Z. Məmmədov Salyan Rayon Bürosunda fəaliyyət göstərirdi.
Nərimanov rayon prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsilə cinayət işi başlanaraq təxirəsalınmaz istintaq tədbirləri həyata keçirilir.